Gürcüstanda matəm günüdür VİDEO
Tbilisi, 7 avqust, AZƏRTAC
Bu gün Gürcüstanda matəm günüdür.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar ölkə ərazisində dövlət və hökumət binalarında, inzibati binalarda bayraqlar endirilib, əyləncəli proqramlar ləğv olunub.
Qeyd edək ki, Gürcüstanın Raça dağlıq bölgəsindəki Şovi kurort zonasında baş vermiş torpaq sürüşməsi nəticəsində çoxsaylı insan ölümü ilə əlaqədar Baş nazir İrakli Qaribaşvilinin sərəncamına əsasən avqustun 7-si matəm günü elan edilib.
Matəm avqustun 8-i saat 20:00-dək davam edəcək.
Xatırladaq ki, faciə nəticəsində həlak olmuş 18 nəfərin meyiti tapılıb, təxminən 20 nəfərin axtarışları isə davam etdirilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [23:45]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [22:46]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:37]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:22]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [21:20]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [20:02]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [19:06]