Volodimir Zelenski Donetsk vilayətində olub VİDEO
Kiyev, 14 avqust, AZƏRTAC
Ukrayna Prezidenti Volodimir Zelenski avqustun 14-də Donetsk vilayətinə gedib, hərbçilərlə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının feysbuk səhifəsində məlumat yayılıb.
V.Zelenski briqadaların tabeliyində olan ərazilərdə əməliyyat şəraiti və müxtəlif növ silahlardan istifadənin xüsusiyyətləri barədə məruzələri dinləyib. "Biz briqada komandiri ilə əsgərlərin üzləşdiyi problemləri və onların həlli ilə bağlı təklifləri müzakirə etdik", - deyə Zelenski əlavə edib.
Prezidentin sözlərinə görə, hər bir briqadanın problemlərini dəqiqləşdirmək üçün ayrı-ayrılıqda bütün briqadalara baş çəkmək istərdik.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [21:54]
Seul üçtərəfli görüşün Koreya yarımadasında sülhə töhfə verəcəyinə ümid edir
- 16.11.2026 [19:55]