Qəzaya uğrayan təyyarənin sərnişinləri arasında “Vaqner” qrupunun rəhbəri Yevgeni Priqojin də olub - YENİLƏNİB VİDEO
Moskva, 23 avqust, AZƏRTAC
Rusiyanın Tver vilayətində qəzaya uğramış təyyarənin sərnişinləri siyahısında “Vaqner” silahlı qruplaşmasının rəhbəri Yevgeni Priqojin də olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
Y.Priqojinə məxsus olan və Moskvadan Sankt-Peterburqa uçan biznes-jet qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 3 nəfər heyət üzvü və 7 sərnişin həlak olub.
21:10
Rusiyanın Tver vilayətinin Boloqovsk rayonunda “Embrair” biznes-jet qəzaya uğrayıb.
AZƏRTAC xəbər verir ki, Rusiya FHN-in məlumatına görə, təyyarənin göyərtəsində olan 3 nəfər heyət üzvü və 7 sərnişin həlak olub. Rusiya mətbuatı təyyarənin Yevgeni Priqojinə məxsus olduğunu bildirirlər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva