Göyçay çayından sel keçir VİDEO
Göyçay, 7 sentyabr, R.Türkoğlu, AZƏRTAC
İsmayıllı rayonuna yağan güclü leysandan sonra Göyçay çayına güclü sel gəlib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çaydan keçən suyun səviyyəsi günorta saatlarından başlayaraq xeyli artıb.
Bakı-Şamaxı-Yevlax yolunun Göyçay çayı üzərindən keçən hissəsindəki avtomobil körpüsü işlək olsa da, yol polisi və post patrul xidmətinin əməkdaşları ərazidə xidmət aparır.
Qeyd edək ki, 2018-ci ildə Göyçay çayına gələn güclü sel zamanı bu körpü dağılmışdı, kəndlərin Göyçay şəhəri ilə əlaqəsi kəsilmişdi. Həmin körpüdə bir ay ərzində aparılan təmir-bərpa işləri zamanı sürücülər alternativ olaraq Göyçay-Ucar-Göyçay yolundan istifadə etmişdilər.