Rusiya XİN Ermənistanda dövlət çevrilişi hazırlanması barədə xəbərləri təkzib edib VİDEO
Moskva, 13 sentyabr, AZƏRTAC
Ermənistan teleqram kanallarının dövlət çevrilişi etmək üçün 3 min “vaqnerçi”nin bu ölkəyə göndərilməsi barədə yaydıqları xəbər yalandır.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib.
Onun sözlərinə görə, bu iddiaların heç bir əsası yoxdur. M.Zaxarova vurğulayıb ki, Ermənistanın əhalisi çox deyil və bu şəraitdə 3 min “vaqnerçi”nin ölkəyə gəlişini sübut edən hər hansı fotolar və videolar olmalı idi.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [21:54]
Seul üçtərəfli görüşün Koreya yarımadasında sülhə töhfə verəcəyinə ümid edir
- 16.11.2026 [19:55]