ORDU
MN: Qarabağ bölgəsindəki mülki obyektlərdə aşkarlanan külli miqdarda silah-sursat müsadirə edilib VİDEO
Bakı, 29 sentyabr, AZƏRTAC
Qarabağ bölgəsində uzun müddət zavod kimi fəaliyyət göstərən tərk edilmiş bir neçə obyektlərə baxış keçirilib.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, baxış zamanı mülki təyinatlı zavodların ərazisində, eləcə də saxlanclarında külli miqdarda döyüş texnikası, müxtəlif təyinatlı atıcı silahlar, minaatan mərmiləri ilə dolu yeşiklər və digər döyüş vasitələri aşkarlanıb.
Qeyd edək ki, Silahlı Qüvvələrimizin həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağ bölgəsində bir neçə mülki təyinatlı obyektlərin uzun müddət hərbi məqsədlər üçün istifadə edilməsi müəyyənləşdirilib.