Fransa polisi maaş artımı tələbi ilə keçirilən nümayişə sərt müdaxilə edib VİDEO
Bakı, 14 oktyabr, AZƏRTAC
Fransada maaşların artırılmasını və gender bərabərliyini tələb edən müxtəlif peşə sahibləri, o cümlədən müəllimlər həmkarlar ittifaqlarının çağırışı ilə tətillərə başlayıb.
AZƏRTAC xəbər verir ki, etirazçılar Paris, Marsel və Lion şəhərləri də daxil olmaqla, ölkənin təxminən 200 nöqtəsində nümayişlər keçirib. Parisdə etirazçılar İtaliya meydanından Vauban meydanına doğru yürüş təşkil edib. Paytaxt polisi aksiyaya sərt müdaxilə edərək bəzi etirazçıları saxlayıb.
Təşkilatçılar aksiyalarda 200 mindən çox insanın, polis isə 92 min 500 nəfərin iştirak etdiyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [21:54]
Seul üçtərəfli görüşün Koreya yarımadasında sülhə töhfə verəcəyinə ümid edir
- 16.11.2026 [19:55]