Zəngilan şəhəri belə olacaq VİDEO
Bakı, 20 oktyabr, AZƏRTAC
Düz 3 il bundan əvvəl Zəngilan şəhəri öz azadlığına qovuşub. Onun azad edildiyi tarix artıq Şəhər Günü kimi qeyd edilir.
AZƏRTAC xəbər verir ki, öz əsrarəngiz təbiəti ilə seçilən Zəngilan şəhəri “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində bu gün tamamilə yenidən qurulur.
İşğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, 20 oktyabr Zəngilan Şəhəri Günü kimi qeyd olunur.