Gəncədə zəncirvari qəza olub, xəsarət alanlar var VİDEO
Gəncə, 28 noyabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb. Hərəkətdə olan "Mercedes", "VAZ 2104" və "Cehvolet" markalı minik maşınları toqquşub. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.