Lökbatan qəsəbəsində küçə təmir edilir VİDEO
Bakı, 11 dekabr, AZƏRTAC
Qaradağ rayonunun Lökbatan qəsəbəsində uzunluğu 800 metr, ortalama eni 6 metr olan Nurlan Hüseynov küçəsi təmir edilir.
AZƏRTAC Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadla xəbər verir ki, təmir çərçivəsində küçə boyu frezlənmə, zəruri yerlərdə yararsız qruntun çıxarılması, əks-dolğu işləri icra olunaraq yeni yol əsasının və küçənin profilə salınması işləri görülüb, 200 p/m səki daşı yenilənib.
Küçədə mövcud köhnə yağış-kanalizasiya sisteminin bərpası, yeni yağış barmaqlıqlarının quraşdırılması işləri də yerinə yetirilib.
Hazırda küçə boyu yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.