İtaliyada iki sərnişin qatarı toqquşub: 17 nəfər yaralanıb VİDEO
Roma, 11 dekabr, AZƏRTAC
İtaliyanın Ravenna bölgəsindəki Faenza qəsəbəsində iki sərnişin qatarı toqquşub.
AZƏRTAC xəbər verir ki, Forli və Faenza qəsəbələri arasında hərəkət edən qatarların toqquşması nəticəsində 17 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Mülki müdafiə qüvvələri və dəmir yolu işçilərinin iştirakı ilə qatarlardakı insanlar təxliyə edilib.
Qəzadan sonra Bolonya-Rimini dəmir yolu xəttində nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb və qatarların hərəkəti dayandırılıb. Şəhərlərarası və regional qatarlar alternativ marşrutlara yönəldilib.
Hadisəyə ilkin səbəb kimi qatarlarda rabitə əlaqəsinin mümkün olmaması göstərilir. Faktla bağlı araşdırmalara başlanılıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:57]
Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub
- 24.09.2026 [12:44]
İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib
- 24.09.2026 [12:41]
Maka Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır
- 24.09.2026 [12:21]
Fransada COVID-19-a yoluxanların sayı artır
- 24.09.2026 [12:10]
Türkiyənin Şanlıurfa vilayətində 5,4 bal gücündə zəlzələ olub
- 24.09.2026 [11:21]
Bu gün Ümumdünya Dəniz Günüdür
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]