Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb YENİLƏNİB 2 VİDEO
Bakı, 2 yanvar, AZƏRTAC
Yaponiyada baş verən zəlzələ qurbanlarının sayı 24-ə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.
Təcili yardım xidmətlərinin məlumatına görə, azı 50 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
İşikavada vəziyyət ən ağırdır. Orada 200-dən çox ev yanıb, 50-dən çox bina uçub.
03:56
Yaponiyada baş verən zəlzələlər nəticəsində azı 6 nəfər ölüb, 40-dan çox insan müxtəlif dərəcəli xəsarətlər alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya İctimai televiziyası məlumat yayıb.
Qeyd edilir ki, ölənlərin hamısı yeraltı təkanların ən çox hiss olunduğu və ən böyük dağıntılara səbəb olduğu İşikava prefekturasının sakinləridir. Bu rayonda taxta evlərin və yaşayış binalarının azı 50 faizi uçub, dağıntılar altında hələ də insanların ola biləcəyi ehtimal edilir.
00:01
Yaponiyanın mərkəzi hissəsində baş verən güclü zəlzələlər nəticəsində İşikava prefekturasında azı 4 nəfər ölüb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Kyodo” agentliyi yerli hökumətə istinadən məlumat yayıb.
Daha əvvəl dağılmış yaşayış binalarının dağıntıları altında iki nəfərin ölü vəziyyətdə tapıldığı bildirilirdi. İşikava və digər prefekturalarda azı 30 nəfər xəsarət alıb.