İQTİSADİYYAT
“28 May” NQÇİ-nin “Günəşli” yatağı üçün yeni xilasedici qayıqlar alınmışdır
Bakı, 6 fevral (AZƏRTAC). “28 May” NQÇİ-nin Günəşli yatağında yerləşən DDÖ-lərdə (Dərin dəniz özülü) uzun müddət istismarda olan xilasedici qayıqların yenisi ilə əvəz olunması üçün 44 AT-42 markalı xilasedici qayıq alınmışdır.
ARDNŞ-in “Azneft” İstehsalat Birliyindən AZƏRTAC-a bildirmişlər ki, yeni alınmış xilasedici qayıqlardan 16-sı “28 May” NQÇİ-nin “Günəşli” yatağında yerləşən DDÖ-lərdə quraşdırılmış, qalanlarının quraşdırılması üçün işlər davam etdirilir.
“28 May” NQÇİ-nin “Günəşli” yatağında yerləşən DDÖ-lərdən çıxarılmış istismara yararlı xilasedici qayıqlar isə aşağıda qeyd olunan NQÇİ-lərdə yerləşən SDÖ-lərdə (Stasionar dəniz özülü) quraşdırılmaq üçün struktur təşkilatlarına verilmişdir və quraşdırılması üzrə işlər davam etdirilir. “Neft daşları” sahəsində olan 1887 və 2521, “Pirallahı” sahəsindəki 620, 660 və 1100 nömrəli dəniz özüllərinə xilasetmə qayıqları ayrılmışdır. “Neft daşları” sahəsinə 4 AT-42 markalı xilasetmə qayığı, Pirallahı sahəsinə 1 AT-42, 4 AT-30 markalı xilasetmə qayığı ayrılmış, Ələt sahəsinə isə 2 AT-42 markalı xilasetmə qayığının ayrılması nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]