Ağdamda ev yanıb YENİLƏNİB VİDEO
Ağdam, 29 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdamın İmamqulubəyli kəndində evdə baş verən yanğın söndürülüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümumi sahəsi 360 kvadratmetr olan ikimərtəbəli evin 80 kvadratmetr hissəsi yanıb.
Yanğının evin digər hissəsinə yayılmasının qarşısı alınıb.
17:03
Ağdam rayonunun İmamqulubəyli kəndinin sakini Hüseynov Sənan Elbrus oğluna məxsus evdə yanğın başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə yerinə Ağdam rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürmə briqadası cəlb edilib. Hazırda yanğının yayılmasının qarşısı alınır.
Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.