Nayrobidə qaz partlayışı nəticəsində azı 3 nəfər ölüb, yüzlərlə insan yaralanıb VİDEO
Bakı, 2 fevral, AZƏRTAC
Keniyanın paytaxtı Nayrobidə qazla dolu yük maşınının partlaması nəticəsində azı 3 nəfər həlak olub, 200-dən çox insan isə yaralanıb.
AZƏRTAC “Al Jazeera” telekanalına istinadla xəbər verir ki, yanğın cümə axşamı Embakasi məhəlləsində baş verib.
Hökumət sözçüsü İsaak Mayqua Mvaura bildirib ki, yanğın yayılana qədər ətraf ərazilərdə xeyli sayda sakin olub. Hadisənin baş verdiyi ərazinin ətrafında olan çox sayda avtomobillər, yaşayış evləri, iş yerləri yanğın alovuna bürünüb.
“Partlayış gecə saatlarında olduğu üçün xeyli sayda sakin hələ də ərazidədir. 222 nəfər paytaxtdakı müxtəlif xəstəxanalara çatdırılıb”, - deyə o bildirib.
Hazırda yanğının qarşısı alınsa da, yanğınsöndürənlər, xilasetmə qrupları və polis ərazidə dağıntılar altında qalan insanların axtarışını davam etdirir.
Partlayışın səbəbi məlum deyil.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:48]
Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək
- 24.09.2026 [13:20]
Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib
- 24.09.2026 [13:10]
Birləşmiş Ştatların gündəlik neft istehsalı azalıb
- 24.09.2026 [13:07]
ABŞ-nin neft ehtiyatları artır
- 24.09.2026 [12:57]
Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub
- 24.09.2026 [12:44]
İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib
- 24.09.2026 [12:41]
Maka Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]