Çilidə meşə yanğınları nəticəsində azı 10 nəfər ölüb VİDEO
Bakı, 3 fevral, AZƏRTAC
Çili Prezidenti Qabriel Boric ən azı 10 nəfərin ölümü ilə nəticələnən meşə yanğınları səbəbindən Valparaiso bölgəsində fövqəladə vəziyyət elan edib.
AZƏRTAC xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb: “Meşə yanğınları ilə bağlı vəziyyət, xüsusən də 5-ci regionda yüksək temperatur və külək səbəbindən çox çətindir. Lakin bilin ki, hökumət, yanğınsöndürənlər, Milli Meşə Təsərrüfatı Korporasiyası, polis və vətəndaş cəmiyyəti fövqəladə vəziyyətin öhdəsindən gəlmək üçün maksimum səfərbər olunub. Həmçinin fövqəladə vəziyyət elan etmək qərarına gəldik ki, bütün lazımi resurslarımız olsun”.
Prezidentin Valparaisodakı nümayəndəsi Sofiya Qonzalesin sözlərinə görə, təxminən 10 nəfər ölüb. Səhiyyə Nazirliyinin məlumatına görə, azı 28 nəfər yanıq xəsarəti alıb. Yanğın 7 min hektardan çox ərazini əhatə edir, bəzi ərazilərdə insanlar təxliyə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:48]
Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək
- 24.09.2026 [13:20]
Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib
- 24.09.2026 [13:10]
Birləşmiş Ştatların gündəlik neft istehsalı azalıb
- 24.09.2026 [13:07]
ABŞ-nin neft ehtiyatları artır
- 24.09.2026 [12:57]
Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub
- 24.09.2026 [12:44]
İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib
- 24.09.2026 [12:41]
Maka Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]