Türkiyənin beşinci nəsil hərbi təyyarəsi - “KAAN” ilk dəfə səmaya qalxıb VİDEO
İstanbul, 21 fevral, AZƏRTAC
Türkiyənin yerli istehsalı olan beşinci nəsil “KAAN” hərbi təyyarəsinin ilk uçuşu müvəffəqiyyətlə həyata keçirib.
AZƏRTAC xəbər verir ki, təyyarənin 2028-ci ildən kütləvi istehsalına başlanılması nəzərdə tutulur.
İnteqrasiya edilmiş süni intellektə malik 6-cı nəsil döyüş təyyarəsinin hazırlanması üzrə də fəaliyyətə başlayan Türkiyə hazırda dünyanın 185 ölkəsinə 230 növdən çox müdafiə sənayesi məhsulu ixrac edir.