Azərbaycan Dövlət İnformasiya Agentliyi

Muzeylər şəhəri Şəki Ramazan bayramı günlərində daha da canlanıb VİDEO

Şəki, 13 aprel, AZƏRTAC

Baharın gəlişinə təsadüf edən Ramazan bayramında bir həftəyə yaxın tətil olduğundan insanlar daha çox bölgələrə üz tuturlar. Qədimliyi qədər turizm potensialı zəngin olan Şəki bu mənada bölgələrimiz sırasında ən çox ziyarət olunan məkanlardan sayılır.

AZƏRTAC xəbər verir ki, Ramazan bayramı ilə əlaqədar artıq bir neçə gündür rayonda canlanma hiss olunur.

Şəkinin flora və faunası kimi tarixi irsi də buraya gələn hər bir turistin qəlbində xoş iz buraxır. Artıq on illərdir ki, bu şəhər beynəlxalq turizm marşrutlarında ön sıralarda dayanır. Başlıca səbəblərindən biri Şəkinin muzeylər şəhəri kimi tanınması eləcə də burada dünya memarlıq abidələrinin yerləşməsi göstərilir. Bu şəhər həm də Kiş Alban məbədinin simasında dünyaya tolerantlıq nümunəsi, simvolu kimi öncüllük edir.

Pandemiyadan sonrakı illərə nəzər salsaq görərik ki, Şəkidə iri otellər deyil, daha çox motel və hostellər istifadəyə verilir. Turizm meneceri Yusif Yusifovun sözlərinə görə, artıq onların sayı 50-ə çatıb və bəlkə də bu il bir qədər də çoxalacaq. O, turistlərin fərdi evlərə də maraq göstərdiyini diqqətə çatdırıb. Turizm meneceri bildirir ki, Şəkidə bir gecə istirahət etmək üçün hər büdcəyə uyğun qiymətlər mövcuddur. Hostellərdə qiymətlər adambaşı 15-30 AZN arası dəyişir. Şəxsi evlərin qiyməti günü 70-80 manatdan başlayır. Villalarda isə 300-350 manata kimi qalxan qiymətlərə təsadüf etmək mümkündür.

Fərdi evlərə, xüsusən kənd evlərinə marağın niyə bu qədər çoxalması ilə bağlı sualımıza cavabında Kiş kənd sakini Xan İlyasov deyib: “Kiş kəndi çox mənzərəli bir yerdə yerləşdiyi üçün bura turistlərin axını daha güclüdür. Turistlərin əksəriyyəti istəyir ki, fərdi evlərdə yaşasın, kənd həyatı ilə tanış olsun. Milli xörəklərin hazırlanması qaydası, qışa tədarük, turşuların, mürəbbələrin hazırlanması onlarda daha çox marağa səbəb olur. Burada meyvə və giləmeyvələr bol olduğundan turistlər belə evlərə üstünlük verirlər. Onlar həm istirahət edirlər, həm də qış ehtiyatlarını görürlər”. Kiş sakini Xan İlyasov kənddə şəraitinə görə müxtəlif qiymətə ev tapmağın mümkün olduğunu vurğulayıb.

Azərbaycanda ilk ailə turizminin yaradıcılarından biri olan İlhamə Hüseynova artıq 23 ilə yaxındır bu sahədə fəaliyyət göstərir. Kənd-yaşıl turizmi istiqamətində layihələr həyata keçirən bu iş qadını doğulduğu kəndin, Şəkinin və ölkəmizin mili-mənəvi dəyərləri ilə yanaşı, həm də mətbəxini təbliğ edir.

“Təcrübəmə əsasən bilirəm ki, turistlər son dövrlər otellərdən daha çox fərdi evlərə üstünlük verirlər. Burada 5-6 evimiz var və turistlərin gecələməsi üçün lazımı şərait yaradılıb”, - deyən İlhamə Hüseynova sözlərinə görə, xarici turistlərə əsasən milli mətbəximizlə bağlı master-klaslar keçirlər ki, bu da onların ən çox maraq göstərdiyi bir işdir.

Şəkidə dünya standartlarına cavab verən otellər də az deyil. Hətta onların sırasında müalicəvi istirahət kompleksi də fəaliyyət göstərir. Bu günlərdə həmin otellərin də müştəriləri boldur.

“Marxal” müalicə-istirahət kompleksinin meneceri Kamal Hüseynovla söhbətdən bəlli olur ki, bayramla əlaqədar hazırda yerli və xarici turistlərin sıxlığı müşahidə olunur: “Asiya və Avropadan gələn xarici turistlərdən çoxluq təşkil edir. Sırf bayramla əlaqədar oteldə doluluq müşahidə olunur. Qonaqlar üçün həm xidmət, həm də keyfiyyət önəmlidir. Biz də öz xidmət və keyfiyyətimizi hər il olduğu kimi qoruyub saxlayırıq. Qiymətlərimiz də demək olar sabit qalır”.

Bəs turistlər ölkəmizdən, qonağı olduqları Şəkidən və göstərilən xidmətlərdən razıdırlarmı? Dubaydan bir həftəlik istirahətə gələn Proti Hall ailəsi ilə söhbətimizdə bu suala cavab axtarırıq. Azərbaycanı, Şəkini seçmələrində yanılmadıqlarını deyirlər və belə yüksək xidmətdən məmnun qaldıqlarını ifadə edirlər. Ailə üzvləri mətbəximizdən danışarkən heyran olduqlarını gizlətmirlər.

Şəkini ziyarət edənlər, istər tarixi, istərsə də digər infrastrukturu ilə tanış olan hər kəs bilir ki, burada qonağın məmnuniyyəti çox önəmlidir. Bu səbəbdəndir ki, bu bayram günlərində şəhərin istənilən istirahət mərkəzlərində sıxlıq müşahidə olunur. Əlbəttə ki, Şəki mətbəxi və şirniyyatları da bu məmnunluğa öz dadını qatır. Şəkiyə gələn hər kəs bir də geri dönmək arzusu ilə bu şəhəri tərk edir.

Muzeylər şəhəri Şəki Ramazan bayramı günlərində daha da canlanıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb