“Gəncə Meksikanı kəşf edir!” adlı sərgi açılıb





Gəncə, 29 aprel, AZƏRTAC
Gəncədə Meksikanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə “Gəncə Meksikanı kəşf edir!” adlı foto və rəsm sərgisi açılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sərgidə meksikalı illüstrator Teresa Castello Yturbidenin “Milli geyim” kolleksiyası, azərbaycanlı fotoqraf Aydın Sadıqovun Meksika Birləşmiş Ştatlarında lentə aldığı, Meksikanın tarixini və mədəniyyətini özündə əks etdirən fotoşəkilləri, həmçinin digər rəssam və fotoqrafların əl işləri nümayiş olunub.
F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Urban” Mərkəzində keçirilən sərgidə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Meksikanın səfiri xanım Mariya Viktoriya Romero Kabalyero, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Pərvin Kazımov, Meksika səfirliyinin nümayəndələri və şəhər ictimaiyyəti iştirak ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.05.2025 [17:59]
Gədəbəydə könüllü qanvermə aksiyası keçirilib
- 15.05.2025 [17:58]
Son günlərdə Kür çayında suyun səviyyəsində enmə qeydə alınır VİDEO
- 15.05.2025 [17:38]
Naxçıvanda "Təmiz hava" aylığı çərçivəsində növbəti ekoloji reyd keçirilib
- 15.05.2025 [17:10]
Sabirabadda keçirilən əmək yarmarkasında 100-ə yaxın vakansiya təqdim edilib
- 15.05.2025 [17:00]
Lənkəranın Hirkan–Daştatük–Biləsər avtomobil yolu təmir olunur VİDEO
- 15.05.2025 [16:51]
Qarabağ Universitetində fortepiano musiqisi axşamı
- 15.05.2025 [15:14]