29 YANVAR
![]() |
2015-ci il. “Şahdağ” qış-yay turizm kompleksinin 1 nömrəli kanat yolu və xizək enişi açılıb. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər. Kanat yollarının çəkilişi qış turizm kompleksinin əsas infrastrukturlarından sayılır və bu işi böyük təcrübəsi olan Avstriya şirkəti həyata keçirib. |
![]() |
2007-ci il. Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva Ümumdünya Səhiyyə Təşkilatının "Ana, uşaq və ailə sağlamlığının qorunmasında və möhkəmləndirilməsində müstəsna xidmətlərinə görə" mükafatına layiq görülüb. Mehriban xanım Əliyeva yanvarın 29-da təşkilatın 120-ci sessiyasının yekdil qərarına əsasən bu mükafatla təltif olunub |
![]() |
1925-ci il. Azərbaycanlı futbol hakimi Tofiq Bəhramov anadan olub (1925-1993). O, 1966-cı ildə dünya çempionatında İngiltərə və Almaniya komandaları arasında keçirilən final oyununda yan xətt hakimi kimi verdiyi qərarla tarixə düşüb. Oyunun əsas vaxtı heç-heçə (2:2) başa çatmışdı. Qalibi müəyyənləşdirmək üçün 30 dəqiqə əlavə olundu. 110-cu dəqiqədə ingilislərin hücumçusu Ceff Herstun zərbəsi ilə top qapı dirəyinə dəyərək yerə düşür. Oyunun baş hakimi, isveçrəli Qottfrid Dinst topun uçuş trayektoriyasını görmədiyindən yan xətt köməkçisinin fikrini soruşur. T.Bəhramov əminliklə meydanın mərkəzini göstərir. 2016-cı ildə Britaniyanın "Sky Sports" telekanalında T.Bəhramovun verdiyi həmin qərar növbəti dəfə müzakirəyə çıxarılır. Müasir texnologiya ilə aparılan araşdırma azərbaycanlı hakimin öz qərarında haqlı olduğunu sübuta yetirir. |
![]() |
1927-ci il. Azərbaycanın milli balet sənətinin görkəmli nümayəndələrindən olan Leyla Vəkilovanın doğum günü (1927-1999). Leyla Vəkilova klassik dünyəvi balet elementləri ilə milli rəqslərimizin hərəkət zərifliyini ustalıqla birləşdirə bilmişdi. Yüksək səhnə mədəniyyətinə və ifa texnikasına malik olan L.Vəkilova Azərbaycan milli balet sənətinin tərəqqisində və təkamülündə, beynəlxalq aləmdə tanınmasında göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikasının Xalq Artisti və SSRİ Xalq Artisti fəxri adları ilə təltif edilib. |
![]() |
1886-cı il. Alman mühəndis Karl Benz ilk motorlu nəqliyyat vasitəsini nümayiş etdirib. Düzəltdiyi ilk motorun patentini 1879-cu ildə alıb. 1885-ci ildə isə satış məqsədilə istehsal olunan və benzin motoru ilə işləyən ilk avtomobilin - Motorvagenin istehsalını başa çatdırıb. O, “Benz” şirkətinin yaradıcısıdır. Sonradan bu şirkətin əsasında “Daimler-Benz”, “Mercedes-Benz” və “Daimler-Chrysler” şirkətləri yaranıb. |
MÜƏLLİFLƏ ƏLAQƏ
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [23:16]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:43]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [22:24]
Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb
- 15.10.2026 [21:39]
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var
- 15.10.2026 [21:35]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:48]
Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir
- 15.10.2026 [20:35]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [20:28]
® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim
- 15.10.2026 [20:11]
Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır
- 15.10.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 15.10.2026 [20:00]
Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib
- 15.10.2026 [19:59]
Şərurda müşavirə keçirilib
- 15.10.2026 [19:52]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:19]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:18]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [19:00]
YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH
- 15.10.2026 [18:51]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [18:49]
Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb
- 15.10.2026 [18:43]
Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir
- 15.10.2026 [18:42]
Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:28]
Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb
- 15.10.2026 [18:19]
Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb
- 15.10.2026 [18:14]
Autizmli gənclər iş təcrübələrini bölüşüblər
- 15.10.2026 [18:13]
Şərurda “PeşəFest-2026” baş tutub
- 15.10.2026 [18:10]
Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
- 15.10.2026 [18:00]
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO
- 15.10.2026 [17:32]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:29]
Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb
- 15.10.2026 [17:24]
® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti
- 15.10.2026 [17:21]
Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [17:03]
Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb
- 15.10.2026 [17:02]
Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub
- 15.10.2026 [17:02]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:58]




