2 MİN İL ƏVVƏL ÇİNDƏ AVROPALILAR YAŞAMIŞLAR
Sintszyan Arxeologiya İnstitutunun əməkdaşı bildirmişdir ki, qədim şəhər xarabalığının perimetri təxminən 995 metr, bizim günlərə gəlib çıxan divarın hündürlüyü isə 3-4 metrdir. Fransa arxeoloqları müasir texnologiyaların köməyi ilə müəyyən etmişlər ki, şəhər 2200 il bundan əvvəl mövcud olmuşdur. Onun ətrafındakı xarabalıqlarda 20 məzar, yaxşı vəziyyətdə qalmış 3 məzarda isə 4 mumiya aşkar edilmişdir.
Kanallar şəbəkəsi, çoxsaylı dəyirman daşı, taxıl anbarları və başqa tapıntılar 2200 il əvvəl səhrada bir qrup qafqazlının yaşadığına dəlalət edir. Onlar mal-qara otarır, suvarma ilə məşğul olur, xəz paltar geyinir, ağac mebeldən istifadə edirdilər. Fransa alimi demişdir: “Bu yerlərin sakinləri yundan sap əyirmək texnologiyalarını yaxşı bilir, qoyun və dəvə yunundan pal-paltar tikir, qırmızı və sarı rəngli yun məmulat hazırlayırdılar”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]