Hər kəs Assanjla bağlı qərarı gözləyir - London Ali Məhkəməsinin önündən FOTOREPORTAJ VİDEO
London, 20 may, AZƏRTAC
Bu gün Britaniya hakimləri London Ali Məhkəməsində Culian Assanjın ABŞ-a ekstradisiya edilib-edilməyəcəyi ilə bağlı öz qərarlarını açıqlayacaqlar.
Hazırda Culian Assanjın dəstəkçiləri Ali Məhkəmənin önündə toplaşaraq ona azadlıq tələb edirlər. AZƏRTAC-ın London müxbiri hadisə yerindən fotoreportajı təqdim edir.
Qeyd edək ki, əgər hakimlər ABŞ-ın verdiyi zəmanətləri qəbul edib Culian Assanjı ABŞ-a ekstradisiya etsələr, o zaman Assanjın vəkilləri üçün Britaniya daxilində bütün hüquqi yollar tükənmiş olacaq. Onlar bundan sonra yalnız Avropa İnsan Haqları Məhkəməsinə müraciət edə biləcəklər ki, bu məhkəmədən qərar çıxana qədər Culian Assanj artıq Londondakı Belmarş Həbsxanasından ABŞ-a ekstradisiya edilə bilər.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London