İstanbulda çökən binada axtarış-xilasetmə işləri başa çatdırılıb - YENİLƏNİB 3 VİDEO




İstanbul, 2 iyun, Günel Karatepe, AZƏRTAC
İstanbulda çökən üçmərtəbəli yaşayış binasının dağıntıları altında qalan son bir nəfər də yaralı olaraq çıxarılıb. Binada olan bütün vətəndaşların çıxarılması ilə axtarış-xilasetmə işləri başa çatdırılıb.
AZƏRTAC xəbər verir ki, dağıntılar altından ümumilikdə səkkiz nəfər yaralı, bir nəfər isə ölü çıxarılıb.
Xatırladaq ki, bu gün səhər saatlarında İstanbulun Küçükçükmece rayonunda yerləşən üçmərtəbəli yaşayış binası çöküb. Bina 1988-ci ildə inşa edilib.
Hadisənin başvermə səbəbləri hələ məlum deyil.
12:43
İstanbulda çökən üçmərtəbəli yaşayış binasının dağıntıları altından bir nəfərin cəsədi çıxarılıb.
AZƏRTAC xəbər verir ki, indiyədək 7 nəfər yaralı olaraq xilas edilib. Onlardan 2-nin vəziyyəti ağırdır.
İlk dəqiqədən etibarən bölgəyə 15 ambulans, eləcə də UMKE və AFAD-ın tibbi axtarış-xilasetmə komandaları yönləndirilib.
Axtarış-xilasetmə işləri davam edir.
Türkiyənin səhiyyə naziri Fahrettin Kocanın hadisə ilə bağlı verdiyi açıqlamada bildirilib ki, xəstəxanaya çatdırılanlardan ikisinin müalicəyə ehtiyacı olmadığı üçün onlar evə buraxılıb.
11:33
İstanbulda çökən üçmərtəbəli yaşayış binasının dağıntıları altından 7 nəfər yaralı olaraq çıxarılıb, onlardan 2-nin vəziyyəti ağırdır.
AZƏRTAC xəbər verir ki, bunu İstanbul valisi Davut Gül deyib.
Bildirilib ki, iki nəfərin dağıntılar altında qaldığı ehtimal edilir.
Qeyd olunub ki, bina 1988-ci ildə inşa edilib.
Hadisənin başvermə səbəbləri hələ məlum deyil.
11:09
İstanbulda üçmərtəbəli yaşayış binası çöküb, dağıntılar altında qalanlar var.
AZƏRTAC xəbər verir ki, hadisə şəhərin Küçükçükmece rayonunda baş verib.
İstanbul Valiliyinin verdiyi açıqlamaya əsasən, indiyədək dağıntılar altından iki nəfər yaralı olaraq çıxarılıb.
Hadisə yerli vaxtla saat 08:40 radələrində baş verib.