Hindistanın Uttar Pradeş ştatında leysan yağışları nəticəsində 22 nəfər ölüb VİDEO
Bakı, 11 iyul, AZƏRTAC
Hindistanın şimalındakı Uttar Pradeş ştatında son 24 saat ərzində yağan yağışlar nəticəsində 22 nəfər ölüb.
AZƏRTAC “Times of India” saytına istinadla xəbər verir ki, hadisə ilə bağlı ölkənin Yardım departamenti məlumat yayıb. Bildirilib ki, aramsız yağan yağışlar çaylarda suyun səviyyəsini yüksəldib və ştatın 12 rayonunda 600-dən çox kəndi su altında qoyub.
Daşqınlar nəticəsində min hektardan çox kənd təsərrüfatı sahəsini su basıb və 800 minə yaxın insana ziyan vurulub.
Yardım və xilasetmə qrupları 10 mindən çox insanı təhlükəsiz yerlərə köçürüb.