Çin eyni daşıyıcı raketlə orbitə 10 peyk çıxarıb VİDEO
Pekin, 6 sentyabr, AZƏRTAC
Çin sentyabrın 6-da eyni daşıyıcı raketlə orbitə 10 peyk göndərib.
AZƏRTAC xəbər verir ki, peykləri orbitə aparan “Uzun yürüş-6” (Long March-6) daşıyıcı raketinin buraxılışı yerli vaxtla səhər saat 02:30-da Şensi əyalətinin Tayyuan buraxılış məntəqəsində həyata keçirilib. Raket peykləri planlaşdırılan orbitə çatdırıb. Bu, “Uzun yürüş” seriyasından 534-cü raket buraxılışı olub.
“Geely Technology” qrupuna aid “GeeSpace” şirkətinə məxsus peyklər kommunikasiya, naviqasiya və məsafədən zondlama funksiyalarını yerinə yetirəcək. Şirkət 2025-ci ilədək 72 peyklə orbitdə şəbəkə yaradılmasını başa çatdırmağı planlaşdırıb. Bununla “ağıllı səyahət”, özünü idarə edən sistemlər, “ağıllı şəhər” kimi bir çox istiqaməti birləşdirən yeni əhatəli texnoloji mühit yaradılacaq.
Növbəti mərhələdə orbitdəki peyklərin sayı 240-a çatdırılacaq.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:57]
Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub
- 24.09.2026 [12:44]
İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib
- 24.09.2026 [12:41]
Maka Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır
- 24.09.2026 [12:21]
Fransada COVID-19-a yoluxanların sayı artır
- 24.09.2026 [12:10]
Türkiyənin Şanlıurfa vilayətində 5,4 bal gücündə zəlzələ olub
- 24.09.2026 [11:21]
Bu gün Ümumdünya Dəniz Günüdür
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]