Zaqatala sakini evində yanıb VİDEO
Zaqatala, 23 mart, AZƏRTAC
Zaqatala rayonunun Muxax kənd sakini, 53 yaşlı Arzu Ömərovanın evində yanğın olub.
AZƏRTAC-ın bölgə müxbiri Fövqəladə Hallar Nazirliyi Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinə istinadən bildirir ki, gecə saatlarında baş verən hadisə yerinə texnika və canlı qüvvə cəlb edilib. Yanğın nəticəsində ev sahibi daxil əşyaları ilə birlikdə yanıb.
Yanğın lokallaşdırıldıqdan sonra meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma başlanılıb.