DÜNYA
34 il susan ana Facebook-la tapılmışdır
Bakı, 30 iyul (AZƏRTAC). Ailəsi onun 34 il əvvəl öldüyünü düşünürdü. Lakin Syuzan Ardron Cənubi Afrika Respublikasında məruz qaldığı ağır qəzadan sonra yaddaşını itirmiş, amneziyaya tutulmuşdur. O, kimsəni xatırlamırdı. Lakin bu yaxınlarda yaddaşı bərpa olunmağa başlayan Syuzan ailəsini axtarmağa başlayıb və Facebook vasitəsilə tapmışdır.
Ailə hələ də şokdadır...
AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, Syuzan 34 il əvvəl CAR-a yollanmışdır. Qəzadan sonra bacı və qardaşları onu ölmüş bilirdilər, çünki Syuzan nə zəng vurur, nə də məktub yazırdı.
61 yaşlı Syuzan indi Yohannesburq şəhərində yaşayır. O, İngiltərənin Cənubi Yorkşir qraflığının Roterhem şəhərindəki ailəsi ilə əlaqə saxlamışdır.
39 yaşlı Kolin, 58 yaşlı Doun, 50 yaşlı Jüli və 52 yaşlı Geyl üçün Facebook-da aldıqları mesaj qəfil bomba effekti yaratmışdır.
Syuzanın övladları - 43 yaşlı Coanna, 40 yaşlı Ceyson, 38 yaşlı Adel və 36 yaşlı Amanda illər əvvəl Britaniyaya qayıdıblar. Onlar da analarının öldüyünü düşünmüşlər.
Doun demişdir ki, bacımızın öldüyünü düşünürdük, çünki Syuzanın övladları təxminən 34 il əvvəl vətənə gətirilmişdilər və onlar da analarından bir xəbər almamışdılar. İndi Syuzan yaddaşını tədricən bərpa etmişdir. Bacımızın yanımıza gələcəyinə hələ də inana bilmirik.
Syuzanın valideynləri Kolin və Mevis 2009-cu ildə vəfat etmişlər.