Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresinin rəsmi açılış mərasimi olub - YENİLƏNİB 3 VİDEO

Bakı, 17 may, AZƏRTAC

Mayın 17-də Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) tərəfindən təşkil edilən “Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresinin rəsmi açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Konqresdə Dövlət Himni səsləndirilib, “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” mövzusunda videoçarx nümayiş etdirilib.

Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva tərəfindən Prezident İlham Əliyevin 9-cu Beynəlxalq Konqresin iştirakçılarına ünvanladığı müraciət oxunub.

Səhiyyə nazirinin müavini Nadir Zeynalov çıxış edərək bildirib ki, Azərbaycan səhiyyəsinin inkişafı Ulu Öndərin adı ilə bağlıdır. Heydər Əliyev hələ sovet dövründə Azərbaycanda səhiyyənin və tibb elminin inkişafına böyük töhfə verib. Səhiyyə, elm, təhsil daim Ulu Öndərin diqqət mərkəzində olub. O vaxtlar bir çox xəstəxanalar, poliklinikalar açılıb, yüzlərlə gənc Sovet İttifaqının aparıcı mərkəzlərinə təhsil almağa göndərilib, ölkəmizdə elm və təhsil ocaqları yaradılıb: “Elmi-Tədqiqat və Kardiologiya İnstitutunun yaradılması birbaşa Heydər Əliyevin təşəbbüsü ilə reallaşıb və onun iştirakı ilə açılışı keçirilib: “Azərbaycanın mürəkkəb dövründə - 1993-cü ildə Ulu Öndər hakimiyyətə qayıdanda yenə də həmin vaxtın bir çox problemləri arasında səhiyyə və tiblə bağlı məsələlərə böyük diqqət yetirildi. Ölkəmizdən qardaş Türkiyəyə təhsil almağa yüzlərlə gənc, tələbə göndərildi. Onların bir qismi tibb sahəsi üzrə idi və bəziləri sonradan cərrahiyyə ixtisası üzrə inkişaf edib ölkəyə qayıdıblar. Həmin o tələbələrdir ki, sonradan müstəqil Azərbaycanda milli kardiocərrahiyyənin əsasını qoydular, onu inkişaf etdirdilər. İndi həmin şəxslər bizim hörmətli professorlarımızdır və onların tələbələri var. Bunlar hamısı ölkəmizdə kardiocərrahiyyəni irəli aparan qüvvədir”.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da səhiyyə, tibb elmi və tibb təhsilini diqqət mərkəzində saxlayırlar: “Müstəqil Azərbaycanda tibb və səhiyyə sahəsində bilavasitə ölkə rəhbərliyinin nəzarəti ilə çox vacib islahatlar aparılır. Bunların arasında ən vacibi səhiyyənin yeni maliyyələşmə sisteminə keçməsidir. Bu da icbari tibbi sığorta sisteminin tətbiqidir. Bir çox yüksək texnologiya tələb edən və bahalı əməliyyatlar, müalicə üsulları əvvəllər əhalinin müəyyən təbəqəsinə əlçatan deyildi. Bu sistemin tətbiqi hesabına indi onlar əlçatandır”.

Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov deyib: “Vaxtilə SSRİ-nin 15 respublikasının heç də hamısında Elmi-Tədqiqat Kardiologiya İnstitutu yox idi. O zaman Azərbaycanda bu institutu yaratmaq o qədər də asan deyildi. Bu, məhz Ulu Öndərin təşəbbüsü və təkidli tələbi ilə yarandı. O dövrdə belə institutların yaranması respublika səviyyəsində deyil, SSRİ rəhbərliyi səviyyəsində həll olunan məsələlər idi. Yəni, Ulu Öndər o dövrdə bu sahənin inkişafına xüsusi diqqət yetirirdi. Ulu Öndərin qarşıya qoyduğu birinci məsələ kardiologiya sahəsində kadrların yetişdirilməsi və belə bir mərkəzin yaradılması idi. Belə bir qərar verildi ki, Mərkəzi Klinik Xəstəxanada yenidənqurma işləri aparılsın, yeni avadanlıqlar gətirilsin və bu sahədə mütəxəssislərin hazırlanmasına başlanılsın. O dövrdə belə bir mərkəzin yaradılmasında və bu sahədə yüksəkixtisaslı kadrların yetişdirilməsində qardaş Türkiyədən olan kardioloqların rolunu xüsusilə qeyd etmək istəyirəm. İlk açıq ürək əməliyyatları da Türkiyədən gəlmiş mütəxəssislərin rəhbərliyi ilə aparıldı. Sonradan bu sahədə mütəxəssislər hazırlanmağa başlanıldı. Yaxşı xatırlayıram, hələ 1992-ci ildə Tibb Universitetindən Türkiyəyə cəmi 10 nəfər göndərə bildik. Onlardan biri də professor Kamran Musayevdir. O zaman biz türk qardaşlarımız qarşısında məsələ qoyduq ki, hansı sahələr üzrə mütəxəssislər hazırlansın. Birinci yerdə ürək-damar cərrahiyyəsi sahəsində olan mütəxəssislərin hazırlanması məsələsi dururdu. Sonradan bu istiqamətdə göndərilən tələbələrin və mütəxəssislərin də sayı artmağa başladı”.

Komitə sədri qeyd edib ki, bu konqres Ulu Öndərin xatirəsinə həsr edilib. Çünki bu sahənin inkişafı Ulu Öndər tərəfindən qoyulub. Bütün sahələrdə olduğu kimi, səhiyyə, elm və təhsil sahəsində Ulu Öndərin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün ölkəmizdə ürək-damar cərrahiyyəsi sahəsində böyük uğurlar qazanılır. Dünyada tanınmış mütəxəssislərin konqresdə iştirakı Azərbaycanda bu sahənin inkişaf etməsini və ön planda olmasını bir daha təsdiq edir. Bu gün açıq-ürək əməliyyatları nəinki paytaxtda, bölgələrdə də keçirilir. Geniş imkanlara malik xəstəxanalarımız, mütəxəssislərimiz mövcuddur. Bu, bizi çox sevindirir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova bildirib ki, ötən il tibb müəssisələrimizdə 36 mindən çox ürək-damar əməliyyatı icra olunub. Bu rəqəm, sözün əsl mənasında, həyatların xilas edilməsi deməkdir. Bu gün ölkəmizdə 400-ə yaxın kardioloji xidmət icbari tibbi sığortanın təminatına daxildir. On minlərlə vətəndaş bu xidmətdən istifadə edir. Ölkəmizdə icbari tibbi sığortanın tətbiqi nəticəsində aorto-koronar şuntlama, ürək qapaqlarının dəyişdirilməsi və müalicəsi, anadangəlmə ürək-damar qüsurlarının müalicəsi kimi yüksək dəyərə malik cərrahi tibbi xidmətlər vətəndaşlar üçün əhəmiyyətli dərəcədə əlçatan olub. Vətəndaşlarımız maliyyə çətinliyi yaşamadan müayinə və müalicə olunaraq sağlamlıqlarına qovuşurlar. Bu, təkcə sistemin uğuru deyil, həm də insan həyatına verilən dəyərin göstəricisidir. Bu nailiyyətlərin arxasında ölkəmizdə tibb müəssisələrinin maddi-texniki bazasının müasirləşdirilməsi, infrastrukturun təkmilləşdirilməsi və kadr potensialının gücləndirilməsi üzrə görülən işlər dayanır. Bütün bu nailiyyətlər ölkə rəhbərliyinin səhiyyə sisteminə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində səhiyyə sahəsində genişmiqyaslı islahatlar aparılır. Dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitlərin artırılması, qəbul edilmiş dövlət proqramlarının icrası, icbari tibbi sığortanın bütün ölkədə tətbiqi bu siyasətin real nəticəsidir. Tibb sahəsində sürətli texnoloji yeniliklər və tibbi biliklərin artımı qarşısında dayanmaq mümkün deyil. Bu səbəbdən belə konqreslər təkcə elmi platforma deyil, həm də həmrəyliyin, birlikdə öyrənməyin, təcrübə paylaşmanın simvoludur. Çünki bir insanın həyatını xilas etmək – təkcə həkimin deyil, sistemin, siyasətin, bütöv bir yanaşmanın kompleks işidir.

TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov deyib ki, ölkə səhiyyəsində son illərin ən əhəmiyyətli və təsiredici addımlarından biri icbari tibbi sığortanın tətbiqidir. Nəticədə kardioloji xidmətlərin əlçatanlığı 3 dəfə artıb, regionlarda belə invaziv kardiologiya xidmətləri göstərilməkdədir.

O bildirib ki, nəticə olaraq ölkəmizdə ürək-damar xəstəliklərindən ölüm 100 min nəfərə görə 12 faiz azalıb (2019-cu illə müqayisədə). Yeddi regionda açıq ürək əməliyyatları həyata keçirilib və bu əməliyyatların müvəffəqiyyət göstəricisi 90 faizi ötüb. Eyni zamanda, son illərdə bu sahədə mindən çox həkim və orta tibb işçisi ixtisasartırma və təkmilləşdirmə təlimlərinə cəlb olunub. Bununla bərabər, Azərbaycanda dünyada gedən tendensiyaya uyğun olaraq, ürək-damar xəstəlikləri ilə xəstələnmə hallarının sayı artmaqdadır və bu, ilkin səhiyyə xidmətlərinin gücləndirilməsinin strateji əhəmiyyət kəsb etdiyini göstərir. İlkin səhiyyə, həmçinin sağlam həyat tərzinin təşviqi, maarifləndirmə və vaxtında ixtisaslı yardıma yönləndirmə baxımından vacib rol oynayır. Bu yanaşma həm xəstəliklərin qarşısının alınmasına, həm də səhiyyə sistemində resursların səmərəli istifadəsinə xidmət edir.

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təsisçisi və fəxri sədri Kamran Musayev vurğulayıb ki, “Bakı Ürək Günləri” Beynəlxalq Konqresinin ənənəyə çevrilməsi sevindirici haldır. Hər iki ildən bir keçirilən bu Konqres Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunur. Ulu Öndərin Azərbaycanın dövlət kimi qurulmasında və ölkənin səhiyyə sisteminin inkişaf etdirilməsindəki rolu bu konqresdə xüsusilə qeyd edilib.

K.Musayev müstəqilliyin ilk illərinin Azərbaycan üçün çətin olduğunu, lakin 2000-ci ildən etibarən ölkədə artıq müasir səhiyyə ocağının fəaliyyət göstərdiyini qeyd edib. Onun sözlərinə görə, həmin səhiyyə ocağının prioritet sahəsi ürək-damar xəstəlikləri, onların diaqnostikası və müalicəsi idi: “Mən də həmin mərkəzi xəstəxanada 2001-ci ildən etibarən ürək-damar cərrahı kimi fəaliyyət göstərdim. Həqiqətən, o illərdə ölkəmizdə istər diaqnostik, istər intervension, istərsə açıq cərrahiyyə mənasında bir mərkəzi klinika var idi. Azərbaycanın sürətli inkişafı nəticəsində bu gün təkcə Bakıda 20-yə yaxın mərkəzdə açıq ürək-damar cərrahiyyəsi icra olunur. Azərbaycanın bölgələrində də ürək mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlərdə həm müasir invaziv kardiologiya, həm də ürək və damar cərrahiyyəsi icra olunur. Mən bu konqresdə həmin bölgədə çalışan həmkarlarımı da görürəm və çox sevinirəm. Yəni, tarix üçün çox da uzun zaman olmayan 20-25 ildə Azərbaycan səhiyyəsinin və ölkəmizdəki ürək-damar xəstəlikləri ilə məşğul olan səhiyyə sahələrinin inkişafını bundan daha yaxşı göstərən əyani fakt ola bilməz. Ona görə də bütün bunların memarı kimi AÜDCC-nin təşkil etdiyi Konqresi Ümummilli Liderimizin əziz xatirəsinə həsr etmişik”.

Bu konqresdə fəxri sədr kimi iştirak etdiyini deyən Kamran Musayev gələcəkdə də bu tədbirin keçirilməsi ənənəsinin davam etdiriləcəyinə əminliyini bildirib. O, çıxışında Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın da bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğını qeyd edib. “Məhz bu sahəyə göstərilən diqqət və qayğı nəticəsində uğurlar əldə olunub. Biz, ürək həkimləri olaraq insanların ürək-damar xəstəlikləri ilə məşğul oluruq. Amma bu gün mən Azərbaycan vətəndaşı olaraq qürurla çıxış edirəm. Çünki artıq bizim Azərbaycanımızın yaralı ürəyi Müzəffər Ali Baş Komandanımız tərəfindən bərpa olunub və mən bu gün suveren, müstəqil, qalib Azərbaycanın vətəndaşıyam”, - deyə K.Musayev diqqətə çatdırıb.

AÜDCC sədri Ramil Əliyev çıxışında qeyd edib ki, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti öz mövqeyinə uyğun olaraq iki ildən bir keçirdiyi “Bakı Ürək Günləri” Beynəlxalq Konqresində xarici ölkələrdən aparıcı mütəxəssisləri ölkəmizə cəlb edir. Bu mütəxəssislər konqres çərçivəsində Azərbaycandan olan həmkarları ilə fikir mübadiləsi və praktiki mübadilələr aparırlar. Bugünkü konqres də bunun birbaşa göstəricisidir.

Açılış mərasimində, həmçinin AÜDCC-nin 20 illik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş edilib.

Konqres plenar sessiyalarla işini davam etdirib.

Plenar sessiyalarda “Niyə 2025-ci ildə də CABG koronar revaskulyarizasiya üçün qızıl standart olaraq qalır”, “Eyni zamanda ürək və qaraciyər transplantasiyası və həssas xəstələr”, “İnfektə olmuş qapağın təmiri”, “İnsan bədəninin yüksək riskə səbəb olan hissəsinin cərrahi yolla xaric edilməsi: hər açıq ürək əməliyyatı zamanı sol qulaqcığın appendiksin rutin bağlanması”, “Aort qapağının rekonstruksiyasının 17 illik yolu (Ozaki proseduru)”, “Aort kökünün rekonstruktiv cərrahiyyəsi”, “Qalxan aorta əməliyyatlarının nəticələri – 10 illik təcrübə”, “Tip A kəskin aorta disseksiyası üçün cərrahi strategiya”, “1940 nm lazerin üstünlükləri varmı?”, “Lazer krossektomiyası, icra etməyə dəyərmi?” mövzuları müzakirə edilib. Həmçinin “VSM müalicəsində endovenous vacuum – yardımçı lazer ablasiyası (VALA)”, “Ultrasəs nəzarətində lazer ablasiyası (UGA)”, “Pelvik vena reflüksünün müalicəsi: göstərişlər və texnika”, “İstənməyən əl damarları və bilək damarlarının müalicəsi”, “Endevenous ablasiyada ümumi EVLA konsepti”, “Onkoloji mənşəli dərin ven trombozu: NOAC yoxsa LMWH”, “Ürək cərrahiyyəsi stasionar bölümündə əməliyyata xəstə hazırlığı. Əməliyyatdan sonra xəstə baxımı”, “Hemodinamik monitorizasiya”, “Ürək-damar cərrahiyyəsi əməliyyatxana bölümünün əməliyyata hazırlığı və sterilizasiyası”, “Ürək əməliyyatları sonrası yara sarğıları. Xroniki xəstələrdə yataq yaralarına qulluq” mövzularında müzakirələr aparılıb.

Bu konqresdə ümumilikdə 20-dən artıq ölkədən 400-ə yaxın yerli və əcnəbi kardioloq və kardiocərrah iştirak edir. İki gün ərzində 21 elmi sessiyada kardioloq və kardiocərrahların iştirakı ilə səhiyyənin bu sahəsindəki ən son elmi yeniliklər müzakirə ediləcək.

Tədbirdə, həmçinin Türkiyə Ürək-Damar Cərrahiyyəsi Dərnəyi, Avropa Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti və Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyəti ilə ortaq sessiyaların keçirilməsi də nəzərdə tutulub.

Konqres zamanı Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşəbbüsü ilə ötən il Türkiyədə təsis edilmiş Türk dünyası ürək-damar cərrahiyyəsi Birliyinin Zirvə toplantısı da təşkil olunacaq.

“Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Davamlı tibbi təhsil verən tədbir kimi tanınıb və Konqres iştirakçıları 20 DTT balı əldə edəcək.

Qeyd edək ki, AZƏRTAC Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresinin rəsmi media tərəfdaşıdır.

“Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresinin rəsmi açılış mərasimi olub - YENİLƏNİB 3  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanda ilk dəfə: ADU-da suahili dilinin tədrisinə başlanılıb

Azərbaycanda ilk dəfə: ADU-da suahili dilinin tədrisinə başlanılıb

Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sahəsində xidmətlərin həcmi 10 faiz artıb

Nazir: Respublika Olimpiya İdman Liseyinin zallarında dünya çempionları yetişib

Belçikada polis əməkdaşı əməliyyat zamanı öldürülüb

Ukrayna ordusu Kursk vilayətində “İskander-M” kompleksinin təmir bazasını vurub

Bolqarıstan sahillərində iki gəmiyə hücum edilib, 8 Azərbaycan vətəndaşı xəsarət alıb

Tələbələr üçün faydalı mənbə: “Heyvan biotexnologiyası” dərs vəsaiti çapdan çıxıb

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

Dövlət qulluğu üzrə imtahan verəcək namizədlərin nəzərinə: buraxılış vərəqələri aktiv edildi

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib YENİLƏNİB

Laos Prezidenti Zəfər parkını ziyarət edib

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyəyə çatıb

Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib

Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır

Leyla Məmmədova: Təhsil millətin gələcəyidir, bu yol isə məktəbdən başlayır

“Ryanair” Budapeştdən Böyük Britaniyaya yeni aviareys açır

Səbail rayonunda su təchizatı bərpa olunub

UEFA-dan Əliyar Ağayeva növbəti təyinat

92 nömrəli marşrutun bütün avtobusları yenilənir

Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur

Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb

Borclunun qiymətli kağızlarına tələbin yönəldilməsi mexanizmi müəyyənləşdirilir

Bu ilin III rübündə bp şirkəti 3 milyard funt sterlinq itki proqnozlaşdırır

Beynəlxalq platformalarda sədrlik Azərbaycanın xarici siyasətində yeni imkanlar yaradır ŞƏRH

“Sabah”ın Çempionlar Liqasındakı rəqibi baş məşqçi ilə müqavilənin müddətini uzadıb

Respublika Olimpiya İdman Liseyinin əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub

Hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq

“Texniki tənzimləmə haqqında” Qanuna yeni maddə əlavə edilir

İstanbulda ədəbi-bədii proqram: “Zəfər yolundan Türk dünyasına”

Hava gəmisi heyətinin uçuş vaxtı, iş vaxtı və istirahət vaxtı tənzimlənəcək

Gürcüstan Rusiya ilə sərhəddə müasir keçid məntəqəsi inşa edib

“Real Madrid”dən ayrılan Daniel Karvahal “Xetafe”yə keçib

Kiprin iki icmasının liderləri BMT Baş katibinin təşəbbüslərini müzakirə edəcəklər

“Bug bounty” proqramına start verilir

Balıqçılıq sahəsində nəzarət və aqrar müəssisələr üçün ƏMTQ meyarları dəyişdirilir

Dünyada bütöv bir saat naminə “uzun saniyə” meyarından imtina edilə bilər

Avtomobil və motosiklet toqquşub, 2 gənc ölüb

Avtomobil və motosiklet toqquşub, 2 gənc ölüb

Bolqarıstanda Azərbaycanın müstəqilliyinin bərpasının 35-ci ildönümü qeyd olunub

Azərbaycanla Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının əməkdaşlıq məsələləri müzakirə olunub VİDEO

Azərbaycanla Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının əməkdaşlıq məsələləri müzakirə olunub VİDEO

Parlament Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik müqaviləsini təsdiqləyib

Milli Məclis Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Katibliyi haqqında sazişi təsdiqləyib

Prezident Thonqlun Sisulit: Azərbaycanın inkişafının şahidi oluram

“Bakı Metropoliteni” QSC: “Sabah”ın matçı ilə əlaqədar Qırmızı xətdə iş rejimi dəyişdiriləcək

Kənd təsərrüfatı məhsulu istehsalı 1,1 faiz artıb

Laos Prezidenti: Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar

® “Bir” rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib

® PAŞA Holding tərəfindən təşkil edilən “Əlaçı” Təqaüd Proqramının 2026-2027-ci tədris ili üçün açılış tədbiri keçirilib

ÜST epidemioloji təhlükələrin vaxtında aşkarlanmasını hədəfləyən yeni strategiya elan edib

Sənaye sektorunda 51,2 milyard manatlıq məhsul istehsal edilib

Beynəlxalq Təbii Fəlakət Risklərinin Azaldılması Günü qeyd olunur

Azərbaycanda ÜDM istehsalı 1,5 faiz artıb

Gürcüstan və Özbəkistan rəsmiləri Orta Dəhlizin perspektivlərini müzakirə ediblər

Beynəlxalq Valyuta Fondu: Bu il qlobal iqtisadi artım cəmi 3,1 faiz olacaq

Tozsoran və soyuducular da hakerlərin hədəfində: minlərlə cihaz uzaqdan idarə oluna bilər

İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclasına dair memorandum təsdiqlənib

Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb

“İmişli” klubu baş məşqçisi ilə yollarını ayırıb

Gürcüstanın xarici ticarət dövriyyəsi 9,2 faiz artıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 13 oktyabr

Azərbaycan Prezidenti: Laos bizim üçün dost ölkədir

Prezident İlham Əliyev: Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb

Vüsal Xəlilov: Ani Ödənişlər Sistemi genişləndiriləcək və fintexlər üçün yeni imkanların yaradılacaq

BMT-nin ekspertlərindən xəbərdarlıq: Sudanda aclıq təhlükəsi artır

Azərbaycanla Qlobal Cənub ölkələri arasında siyasi və iqtisadi əməkdaşlığın perspektivləri – ŞƏRH

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNƏCƏK

Prezident: Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir

İtaliyanın Baş naziri yanacağın qiymətlərinin artması ilə bağlı Avropa İttifaqı rəhbərliyinə müraciət edib

Lənkəranda ər arvadını və azyaşlı oğlunu bıçaqlayıb

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Oxfam Fransanı məhkəməyə verməyə hazırlaşır

İcraçı direktor: Türkiyə ilə Azərbaycanın maliyyə texnologiyaları sahəsində əməkdaşlığının genişləndirilməsi vacibdir VİDEO

İcraçı direktor: Türkiyə ilə Azərbaycanın maliyyə texnologiyaları sahəsində əməkdaşlığının genişləndirilməsi vacibdir VİDEO

Azərbaycan Prezidenti: Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir

Tolerantlıq həyat tərzimiz, təhsil isə milli təhlükəsizliyimizin təminatıdır - Coşqun Məmmədov

Gürcüstan Müdafiə Qüvvələrinin sayı gələn il 37 min nəfər olacaq

Prezident İlham Əliyev: Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək

Banklar Assosiasiyasının prezidenti: Türk dövlətlərinin maliyyə infrastrukturlarının qarşılıqlı inteqrasiyası strateji vəzifələrdəndir VİDEO

Banklar Assosiasiyasının prezidenti: Türk dövlətlərinin maliyyə infrastrukturlarının qarşılıqlı inteqrasiyası strateji vəzifələrdəndir VİDEO

Milli Məclisin sədri: Parlamentin üzvləri kimi dövlətimizin möhkəmləndirilməsinə kömək göstərməliyik

Qara dəniz sahillərində gəmilərə endirilən hava zərbələri nəticəsində Azərbaycan vətəndaşları xəsarət alıblar

Milli İncəsənət Muzeyində ilin sonunadək bir sıra mühüm sərgilər açılacaq

Səudiyyə Ərəbistanı paytaxtının hava limanı bu həftə bağlı qalacaq

“Layihə idarəetməsi” modulu üzrə təlimlərə başlanılıb

Azərbaycan Banqkokda beynəlxalq ipək sərgisində təmsil olunur

Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNƏCƏK

Zakir Nuriyev: Yarım ildə ölkədaxili nağdsız ödənişlər 14,5 faiz artıb VİDEO

Zakir Nuriyev: Yarım ildə ölkədaxili nağdsız ödənişlər 14,5 faiz artıb VİDEO

Cənubi Azərbaycan folklorunun aktual problemlərinə dair seminar təşkil edilib

Baş katib: OPEC neft tələbatının artım proqnozunu sutkada 400 min barelə endirib

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cərimələyib

Şirin Məlikova: Yeni kitabların nəşrini planlaşdırırıq

Buxarada “Azərbaycan mədəniyyəti: Ədəbiyyat və sənət həftəsi” çərçivəsində konsert təşkil edilib VİDEO

Buxarada “Azərbaycan mədəniyyəti: Ədəbiyyat və sənət həftəsi” çərçivəsində konsert təşkil edilib VİDEO

Fransada yükdaşıma şirkətləri dizelin bahalaşmasına etiraz edir

Milli Məclisdə 13 məsələnin müzakirəsinə başlanılıb

Naxçıvanda vergiödəyicilərinin sayı 7 faizədək artıb

Vüsal Xəlilov: Açıq bankçılıq finteklər üçün yeni imkanlar yaradır VİDEO

Vüsal Xəlilov: Açıq bankçılıq finteklər üçün yeni imkanlar yaradır VİDEO

Baş məşqçi: Slovakiya klubu ilə matçda daha yaxşı oyun göstərməyə çalışacağıq

OPEC+: İran müharibəsi neft daşımalarının xərcini rekord həddə çatdırıb

Səhiyyə Nazirliyində “Vətəndaş qəbulu” tam rəqəmsallaşıb

Azərbaycanın iki klubu FIBA Avropa Kubokunda növbəti oyunlarına çıxırlar