Azad, abad Ağalı kəndimiz... VİDEO
Bakı, 4 iyun, AZƏRTAC
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Böyük Qayıdış”a dair I Dövlət Proqramı çərçivəsində Ağalı kəndindən görüntülər hazırlayıb.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, işğaldan azad edilmiş Zəngilan rayonunun yenidən tikilən Ağalı kəndi Böyük Zəfərin nəticəsinin rəmzlərindən biridir. “Ağıllı kənd” konsepsiyası əsasında tikilən evlər, geniş küçələr, müasir tipli məktəb və uşaq bağçası, layiqli həyat şəraitini təmin edən zəruri infrastruktur doğma yurda qayıdan keçmiş məcburi köçkünlərin sevincinə şahidlik edir.
Rahat yaşayış, xoş güzəran, aydın gələcək hər bir sakində məmnunluq və qürur hissi doğurur.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış Ağalı kəndinin görüntülərini təqdim edirik.