Şabranda yol qəzasında yaralananların kimliyi müəyyənləşib YENİLƏNİB VİDEO
Şabran, 28 iyun, Elxan Yusifli, AZƏRTAC
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şabranın Günəşli kəndi ərazisində iki yük və bir minik avtomobili toqquşub. Qəza nəticəsində avtomobillərdə olan 3 nəfər ağır xəsarətlər alıb.
Yaralılardan Ağakişiyev Əmrulla Mustafa oğlu Quba, Cəbrayılov Elnur Natiq oğlu və Ağayev Samir Müşviq oğlu isə Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.