Rusiyanın ictimai-siyasi dairələri vəziyyəti daha da gərginləşdirməyə çalışır VİDEO
Bakı, 30 iyun, AZƏRTAC
Rusiyanın Federal Təhlükəsizlik Xidməti tərəfindən Yekaterinburq şəhərində soydaşlarımıza qarşı sərgilənən qeyri-qanuni və qeyri-insani rəftar Azərbaycan ictimaiyyətində ciddi narazılıq doğurub. Siyasi ekspertlər də baş verənləri hüquq-mühafizə orqanlarının səlahiyyətlərini aşması, həm ölkə qanunlarını, həm də Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarının fəaliyyəti haqqında normaları pozması kimi qiymətləndirirlər. Təəssüf ki, bütün baş verənlər fonunda Rusiya ictimai-siyasi dairələrində vəziyyəti daha da gərginləşdirməyə yönələn açıqlamalar verilir, hüquq-mühafizə orqanlarının bu hərəkətinə haqq qazandırılır.
Daha ətraflı AZƏRTAC-ın videomaterialında.