Naxçıvanda TIR yanıb VİDEO
Naxçıvan, 21 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə gecə saatlarında Naxçıvan-Culfa magistral avtomobil yolunun Babək rayon ərasizindən keçən hissəsində “Foton” markalı yük avtomobilində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Naxçıvan şəhər və Babək rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülərək qarşısı alınıb.
Hadisə nəticəsində yük avtomobilin qoşqusu şinləri və üzərində olan yükün bir qismi yanıb.