Qəbələdə əcnəbi turistlər qəzaya düşüb VİDEO
Qəbələ, 4 avqust, AZƏRTAC
Bu gün Qəbələnin Laza kəndi ərazisində baş verən qəza zamanı xəsarət alanların şəxsiyyətləri müəyyən edilib.
AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata əsasən hadisə nəticəsində Səudiyyə Ərəbistan sakinləri 45 yaşlı Azzah Alharbe, 52 yaşlı Yehan Alharbe, 24 yaşlı Shata Almohammadi Abdulsahad, 17 yaşlı Lana Alharbe və 21 yaşlı Fares Almoham müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılardan birinin vəziyyəti ağır olduğundan helikopterlə Bakı şəhər xəstəxanalarından birinə təxliyə olunub.
Digərlərinin müalicəsi davam etdirilir. Həyatları üçün təhlükə yoxdur.