ƏHALİNİN ENERJİ DAŞIYICILARI İLƏ TƏMİNATI YAXŞILAŞDIRILMIŞDIR
Ağdaş Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, əhalinin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması məqsədi ilə ötən il rayonun Yenikənd, Ağzıbır, Ağalı və Cardam kəndlərində 4 yeni transformator quraşdırılmışdır. İndiyədək elektrik enerjisi abonentlərinin 6 min 668-i sayğacla təmin olunmuşdur.
Hesabat dövründə Ağdaş şəhərinin bir hissəsində əhalinin təbii qazla təminatında yaranan çətinliklərin aradan qaldırılması üçün “Azəriqaz” QSC-nin köməyi ilə 5,5 kilometr uzunluğunda boru xətti və Şəmsabad kəndindəki qazpaylayıcı stansiya əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Şəhərin Padar küçəsinə yeni qaz xətti çəkilmiş, rayonun Cücük və Qolqəti kəndlərinə mavi yanacağın verilməsi bərpa olunmuşdur. Fərdi təsərrüfatlarda qaz sayğaclarının quraşdırılması davam etdirilir. Bu günədək 3975 abonent sayğacla təmin olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.11.2026 [22:37]
Dövlət Agentliyinin rəhbər heyəti Zəfər parkını ziyarət edib
- 08.11.2026 [22:20]
İpoteka və Kredit Zəmanət Fondunun kollektivi Zəfər abidəsini ziyarət edib
- 08.11.2026 [19:59]
İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər Tağı abidəsini ziyarət edib
- 08.11.2026 [18:05]
Maliyyə Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib
- 07.11.2026 [13:10]