Şərurda fərdi yaşayış evində yanğın baş verib VİDEO
Naxçıvan, 15 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şərur rayonunun Axaməd kəndində fərdi yaşayış evində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, məlumatla əlaqədar dərhal Şərur rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən tədbirlər sayəsində yanğının genişlənməsinə imkan verilmədən söndürülüb.
Yanğın hadisəsi nəticəsində ümumi sahəsi 242 kvadratmetr olan iki mərtəbə, 8 otaqdan ibarət olan fərdi yaşayış evinin 12 kvadratmetr mətbəx otağı içərisindəki əşyalarla birlikdə yanıb.
Evinin digər otaqları yanğından mühafizə olunub.