Sabirabadda yanğın olub VİDEO
Sabirabad, 3 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
Sabirabad rayonunda ot tayası və saxlanc yerinin yanması ilə nəticələnən hadisə baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə saat 16 radələrində rayonun Məmişlər kəndində qeydə alınıb. Nəriman Tağıyevə məxsus təsərrüfatda yerləşən ot tayasında və saxlanc yerində başlayan yanğın qısa müddətdə güclənib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Sabirabad rayon Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülərək ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində ot bağlamaları və saxlanc yeri yanaraq yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.