Kiyevə hava hücumu zamanı əsas ziyan yaşayış binalarına dəyib – Hadisə yerindən reportaj VİDEO
Kiyev, 28 sentyabr, AZƏRTAC
Rusiya ordusunun sentyabrın 28-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevə kütləvi hava hücumu zamanı əsas hədəf yaşayış binaları olub.
AZƏRTAC-ın hadisə yerində olan xüsusi müxbirinin verdiyi məlumata görə, zərbə dronlarının biri Solominski rayonunda yerləşən beşmərtəbəli binaya dəyib. Hadisə baş verən ərazidə hər hansı hərbi və ya strateji obyekt yoxdur.
Hadisə nəticəsində binanın 2 sakini həlak olub, onlardan biri 12 yaşlı uşaq olub.
AZƏRTAC hadisə yerindən video və fotoreportajı təqdim edir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev