Nərimanov rayonunda yeni salınan parkdan VİDEOREPORTAJ VİDEO
Bakı, 29 sentyabr, AZƏRTAC
Paytaxtın müasir və gözəl parkları siyahısına daha biri əlavə olundu. Nərimanov rayonunda, İtaliya-Azərbaycan Universitetinin yaxınlığında salınan, ərazisi 3,5 hektar olan parkda sakinlərin istirahəti və asudə vaxtlarını səmərəli keçirmələri üçün söhbətgahlar, amfiteatr, tennis meydançası, uşaqlar üçün əyləncə zonaları salınıb, müasir işıqlandırma sistemi qurulub. Burada həm sakit istirahət, həm də idmanla məşğul olmaq üçün bütün imkanlar yaradılıb. Yeni açılan park ən çox ərazidə yaşayan sakinləri sevindirib.
AZƏRTAC parkdan videoreportajı təqdim edir.