Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Səssiz ünsiyyət” adlı bədii-sənədli filmin təqdimat mərasimi keçirilib VİDEO

Bakı, 6 oktyabr, AZƏRTAC

Nizami Kino Mərkəzində “Azərpoçt” MMC və Azərbaycan televiziyasının (AzTV) birgə istehsalı olan “Səssiz ünsiyyət” adlı bədii-sənədli filmin təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin açılışında çıxış edən “Azərpoçt” MMC-nin mətbuat katibi Afaq İbrahimova bildirib ki, 2021-ci ildən etibarən Azərbaycan aktiv yenilənmə dövrünə qədəm qoyub. Onun sözlərinə görə, cəmiyyət və media ilə şəffaf, səmərəli kommunikasiyanın qurulması vacib vəzifələrdən biridir. “Bugünkü tədbir bu əməkdaşlığın nümunələrindən biridir”, – deyə İbrahimova vurğulayıb.

“Azərpoçt” MMC-nin İdarə heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev bildirib ki, bu sənədli film Azərbaycanda poçt fəaliyyətini geniş auditoriyaya çatdıran yeganə ekran işidir. Onun sözlərinə görə, film milli dəyərlərin, zəhmətin və yaradıcı əməyin təbliğinə xidmət edir.

Filmin ssenari müəllifi Sevda Hüseyn bildirib ki, poçt işçiləri görünməyən qəhrəmanlardır:

“Çatdırdığınız məktublar hamımıza xoş müjdələr gətirsin. Biz yaradıcı qrup olaraq çalışdıq ki, məhz bu görünməyən qəhrəmanların zəhmətini də diqqətə çatdıraq”.

Rejissor Elvin Mirzəyev təqdimat mərasimini həm həyəcanlı, həm də xoş bir gün kimi qiymətləndirib.

“Azərbaycan Televiziyası və “Azərpoçt”un əməkdaşlığını uzunmüddətli dostluğun nümunəsi kimi dəyərləndirmək olar. Filmin çəkilişləri prosesində bu sahənin nə qədər çətin, məsuliyyətli bir iş olduğunu yaxından müşahidə etdim”.

Qeyd olunub ki, filmdə nümayiş olunan bütün marka kolleksiyası İlqar Rəhimova aiddir.

Filmin nümayişindən əvvəl İsi Mustafayev ekran işinin yaradıcılarına təşəkkürnamələr təqdim edib.

Daha sonra “Səssiz ünsiyyət” adlı bədii-sənədli filmi tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Tədbirin ikinci hissəsində, həmçinin “Azərpoçt” MMC və Mətbuat Şurası ilə birgə media nümayəndələri arasında “Ənənəvi poçtun müasir dünyada və Azərbaycanda transformasiyası” mövzusunda müsabiqənin qalibləri də elan olunub. AZƏRTAC-ın əməkdaşları - Pərvanə Qafarova yazı müsabiqəsində birinci, Abdulla Suvar isə ikinci yerə layiq görülüb. Vüsal Nəbiyev isə həvəsləndirici mükafat alıb.

Çıxışında Azərbaycan Mətbuat Şurasının İdarə heyətinin sədri Rəşad Məcid bildirib ki, 9 Oktyabr - Ümumdünya Poçt Günü münasibəti ilə keçirilən “Müasir dünyada və Azərbaycanda ənənəvi poçtun transformasiyası” mövzusunda araşdırma müsabiqəsinin keçirilməsi diqqətə layiqdir.

Rəşad Məcid mətbuatın tarixi və informasiya daşıyıcılarının inkişaf yoluna toxunaraq bildirib ki, informasiyanın ötürülməsi qədim dövrlərdən müxtəlif vasitələrlə həyata keçirilib: “Göyərçinlərin informasiya daşıyıcısı olduğu dövrlərdən mətbuatın formalaşmasına qədər uzun bir yol keçilib. Azərbaycan mətbuatı isə artıq 150 illik tarixi ilə böyük bir ənənəyə sahibdir”.

Rəşad Məcid müsabiqəyə təqdim olunan yazılarda poçtalyonların və məktub yazan insanların fəaliyyətinə dair nostalji hisslərin ifadə olunduğunu qeyd edib. O, həmçinin vurğulayıb ki, bu gün informasiya texnologiyalarının inkişafı nəticəsində poçt xidmətləri genişmiqyaslı və çoxşaxəli fəaliyyətlə məşğuldur.

Müsabiqəyə təxminən 25 yazı təqdim olunub və onların əksəriyyəti münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Rəşad Məcid qalib olan jurnalistləri təbrik edib, gələcəkdə də bu kimi müsabiqələrin davamlı olmasını arzulayıb.

“Səssiz ünsiyyət” adlı bədii-sənədli filmin təqdimat mərasimi keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabah hava əsasən yağmursuz keçəcək

Gəncədə Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 9 noyabr

Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

İmişlidə yol qəzası olub, ölənlər var

Xəzər dənizinin dibi ilə fiber-optik kabel və yeni investisiya layihələri: Qazaxıstan prioritetləri müəyyən edir

İƏT Azərbaycana Zəfər Günü münasibətilə təbrik ünvanlayıb

Kambocanın Kralı Əlahəzrət Norodom Sihamoniyə

Qazaxıstan Trans-Xəzər marşrutu ilə yükdaşımalarının həcmini artırır

Şuşa ağ örpəyə bürünüb – FOTOLAR

BDYPİ xəbərdarlıq edir: Bölgələrdə baş verən yol-nəqliyyat hadisələrinin sayı artıb

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və üzvləri Zəfər abidəsini ziyarət ediblər

Kəlbəcər şəhərinə mövsümün ilk qarı yağıb – FOTOLAR

Bəzi dağlıq ərazilərə qar yağır – FAKTİKİ HAVA

Bu gün Türkiyədə COP31 başlayıb

Ötən gecə Rusiya tərəfindən 430 PUA vurulub

Gəncədə tarixi Zəfərin 6-cı ildönümü silsilə tədbirlərlə qeyd edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

Dünya birjalarında qızıl və gümüş bahlaşıb

Birjalarda neft bahalaşıb

“Böyük Qayıdış” Gənclər Təşkilatı 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirib

Müstəqilliyimizin və suverenliyimizin əbədi rəmzi – üçrəngli qürurumuz

Tramp İranla müharibəni dayandırmaq üçün Si Çinpin və Putinlə danışacaq

Üçrəngli bayrağımız milli qürurumuz, tarixi Zəfərimizin və qalib Azərbaycanın dünyaya bəyanıdır - ŞƏRH

Zəfər Günü münasibətilə Qəbələdə silsilə tədbirlər təşkil olunub

Aksiyalar Fransada siyasi kursun və dövlət quruluşunun transformasiyası məsələsini ortaya qoyub

Zəfər Günü münasibətilə vətəndaşlara növbəti “Açıq qapı” günü təşkil edilib

AKTİ tərəfindən Zəfər Gününün 6-cı ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib

Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub VİDEO

Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub VİDEO

Səfər Qarakoyunlu: Qarabağ Zəfəri bütün Türk dünyasının qürur mənbəyidir

AMEA-nın kollektivi Zəfər abidəsini ziyarət edib

TRT-nin "Azərbaycan rüzgarı" proqramı Qarabağ Zəfərinin ildönümünə həsr olunub

Qarabağın azad edilməsi Azərbaycan Ordusunun qəhrəmanlığının, xalqının birliyinin tarixi təzahürü oldu – ŞƏRH

BDU-nun kollektivi Zəfər parkını ziyarət edib

Almaniyanın Ştutqart şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Tramp: İrana qarşı “Dəmir Qapı” əməliyyatı tam qüvvədədir

Üçrəngli bayrağımız müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyidir

Nyu-Yorkun Boulinq-Qrin parkında Azərbaycan bayrağı ucaldılıb

Zaqatalada Zəfər Günündə ağacəkmə aksiyası, güləş turniri, konsert proqramı təşkil olunub

Nyu-Yorkda Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirilir

Pedaqoji Universitet kollektivi Zəfər parkını ziyarət edib

Rusiya mediası Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışlarını işıqlandırıb

ABŞ-ın Paterson şəhərində 8 Noyabr Azərbaycanın Zəfər Günü elan edilib

Prezidentin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub VİDEO

Zəfər Günü münasibətilə Xankəndidə atəşfəşanlıq olub VİDEO

Zəfər Günü münasibətilə Xankəndidə atəşfəşanlıq olub VİDEO

Türkiyədən daha bir təbrik: Tarixi Qalata Qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb

8 Noyabr münasibətilə Zəfər Parkı ziyarət edilib

Höteburqda Zəfər bayramı qeyd olunub

Ər-Riyadda Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edilib

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb

ASAP xarici ölkələrdə Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirib

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub VİDEO

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub VİDEO

Bursanın məşhur Saat Qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Strasburqda Zəfər Günü qeyd olunub

Dövlət Agentliyinin rəhbər heyəti Zəfər parkını ziyarət edib

Zəfər Günü İsveçrədə qeyd olunub VİDEO

Zəfər Günü İsveçrədə qeyd olunub VİDEO

İpoteka və Kredit Zəmanət Fondunun kollektivi Zəfər abidəsini ziyarət edib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Zəfər Günü Ağdam, Füzuli və Xocavənddə silsilə tədbirlərlə qeyd edilib

Şanlı Zəfərimizin əsas memarı Prezident İlham Əliyevdir - ŞƏRH

Futzal üzrə Azərbaycan millisi növbəti oyununu keçirib

Naxçıvanda Zəfər Günü münasibətilə atəşfəşanlıq olub VİDEO

Naxçıvanda Zəfər Günü münasibətilə atəşfəşanlıq olub VİDEO

Mərakeş qəzetində Azərbaycanın Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş məqalə dərc edilib

Manisada Zəfər Günü ilə əlaqədar təbrik mesajları yayımlanıb

Zəfər Günü Azərbaycanın xaricdəki nümayəndəliklərində qeyd edilib

Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib

Zəfər Gününə həsr olunmuş şahmat turniri təşkil edilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb VİDEO

Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

Göygöldə Zəfər Günü ilə əlaqədar silsilə tədbirlər təşkil olunub

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib VİDEO

Azərbaycanlı həkimlər Zəfər Günü münasibətilə Berlində yürüş keçiriblər

Zəfər Günü Azərbaycan Ordusunda təntənəli şəkildə qeyd edilib

Vaxtilə Azərbaycana qarşı fəaliyyət göstərmiş şəxslərin yerləşdiyi binada Zəfər Muzeyinin yaradılması tarixi ədalətin bərpasının rəmzidir – ŞƏRH

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər VİDEO

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər Tağı abidəsini ziyarət edib

Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb VİDEO

Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər YENİLƏNİB VİDEO

Dövlət Komitəsinin kollektivi Zəfər parkını ziyarət edib

Media və Yayım Şurasının və Mətbuat Şurasının kollektivi Zəfər parkını ziyarət edib

Vətən müharibəsində qazanılan böyük Zəfər məzmunca daha qlobal əhəmiyyət daşıyır VİDEO

Vətən müharibəsində qazanılan böyük Zəfər məzmunca daha qlobal əhəmiyyət daşıyır VİDEO

8 Noyabr xalqımızın milli qürurunun, sarsılmaz iradəsinin, Vətən sevgisinin parlaq təcəssümüdür

Ağdam, Füzuli və Xocavənddə şəhid ailələrinin müraciətləri dinlənilib

Ombudsman Səbinə Əliyeva və Aparatın kollektivi Zəfər abidəsini ziyarət ediblər

Tbilisidə Zəfər Günü qeyd olunub

Kuala Lumpurun mərkəzində Azərbaycan Bayrağını əks etdirən videoçarx nümayiş olunub

Mədəniyyət Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib

Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Federasiya rəsmisi: Yorğa atların yarışlarının daha da inkişaf edəcəyinə inanırıq

Minatəmizləmə Agentliyinin rəhbərliyi Zəfər abidəsini ziyarət edib

Zəfər Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş olub

Maliyyə Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib

Gəncədə Zəfər Günü ilə əlaqədar şəhidlərin xatirəsi yad edilib

“Zəfər Kuboku” uğrunda yorğa qaçışlarının ilk qalibləri bəlli olub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Xarici İşlər Nazirliyinin heyəti Zəfər parkını ziyarət edib

Zəfər Günü Xocavənd qəsəbəsində qeyd olunub