İcraçı direktor: TƏBİB-in əsas hədəfi idarəetmə sisteminin elektronlaşdırılmasıdır VİDEO
Bakı, 20 noyabr, AZƏRTAC
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) əsas hədəfi idarəetmə sisteminin elektronlaşdırılmasından ibarətdir. Bəzən xəstəxanalarda elektron növbə ilə bağlı problemlərə rast gəlinir. Ancaq bu, tək TƏBİB-lə bağlı deyil. Elektron növbə sistemi digər qurumlara da inteqrasiya edilib.
AZƏRTAC xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Hematologiya - Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışına dair keçirilən brifinqdə deyib.
O qeyd edib ki, gün ərzində proqram təminatında problem olduqda məlumatların mübadiləsində gecikmələr yaşanır: "Bununla bağlı müvafiq qurumlarla da danışıqlar aparılır. Belə hallarda xəstəxanaların qeydiyyatçılarına xüsusi lokal proqramlar verilib. Onlar növbənin yaranmamasına çalışırlar".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [15:40]
Beynəlxalq Türk Akademiyası elmi layihələrini təqdim edib
- 05.06.2026 [15:21]
Baş prokuror Şəmkir rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 05.06.2026 [14:34]