Azərbaycan Dövlət İnformasiya Agentliyi

Anar: Üzərində 27 il işlədiyim əsəri axır ki tamamladım MÜSAHİBƏ

Anar: Üzərində 27 il işlədiyim əsəri axır ki tamamladım  MÜSAHİBƏ

Bakı, 2 dekabr, Abdulla Suvar, AZƏRTAC

Səbirsizliklə fotomüxbirin gəlişini gözləyirəm. Parkda gəzə-gəzə gəlib Azərbaycan Yazıçılar Birliyinin qarşısında dayanıram və bir anlıq fikir məni çox uzaqlara aparır. Elə bil bu binanın divarları illərin səsini içində gizlədib. Buradan keçmiş yazıçıların addım izləri, düşüncələri, söhbətləri, hətta nəfəs kimi ötüb-keçən ilham anları gözümün önündə canlanır. İçimdə qəribə bir sual doğur: Görəsən, buraya qədəm qoyan hər qələm sahibi öz səsini zamanın yaddaşına yazmağa müvəffəq olubmu? Özümü həm keçmişin, həm də yazılmamış gələcəyin astanasında hiss edirəm. Məni fikirdən fotomüxbir İlqarın səsi ayırır. Birlikdə birliyin sədri Xalq yazıçısı Anarla görüşə yollanırıq.

Binanın qapısının ağırlığı da, onun açılıb-bağlanması da mənə bir daha ədəbiyyatın çəkisini, sözün məsuliyyətini xatırladır.

Anar müəllim bizi gözləyir. Qapını yavaşca açırıq.

- Gəlin, - deyir. Səsi sakit, amma qətiyyətlidir.

Otağa daxil olanda masanın üstündə açıq qalmış kitab, kənarda yarımçıq qeydlər gözümə dəyir. Nəyisə xatırlayır və tez bir cəldliklə yerindən qalxıb qarşıdakı rəfdən üzərinə özünün adı yazılmış qalın kitabı götürür, tən ortasındakı səhifəyə baxır, kiçik bir vərəq parçasına qeydlər edir, katibəni çağırıb verir ki, onu kiməsə çatdırsın...

Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anarın AZƏRTAC-a müsahibəsini təqdim edirik.

-Anar müəllim, 2025-ci ilin sonuna yaxınlaşırıq, bu il sizin yaradıcılığınız üçün hansı əlamətdar hadisələrlə yadda qalacaq?

-Qəribə işdir, demək olar ki, 27 ildir bir roman üzərində işləyirəm. Desəm ki, hər gün işləyirəm, yalan olar. Yəni, hər gün yazmıram - bəzən yay aylarında işləyirəm, sonra əsərin üzərində yaradıcılıq prosesi müəyyən müddət dayanır, bir ildən sonra yenidən ona qayıdıram. Bir sözlə, roman çox uzandı. Romanın adı “Olan oldu, keçən keçdi”dir. Bu əsər bir növ ailə romanıdır. Bizim ailəmizin tarixidir. Eyni zamanda, üç əsri əhatə edir. XIX əsrin sonundan başlayaraq XX və yaşadığımız XXI əsri. Bir ailənin timsalında həmin dövrün ictimai-siyasi hadisələri, insan münasibətləri, dostluqlar, düşmənliklər, Qarabağ məsələsi, ermənilərlə toqquşmalar və bir çox digər məqamlar bədii şəkildə təsvir olunur. Ümid edirəm ki, əsəri ilin sonuna kimi çap etdirəcəyəm, bu da mənim bu il gördüyüm ən böyük işlərdən olacaq.

Bununla yanaşı, son illər bir neçə kitabım nəşr olunub. Buna misal olaraq, “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi”, “Yaşamaq haqqı”, eləcə də xarici ölkələrdə bir sıra kitablarım çap olunub. Qəribəlik odur ki, çoxu oxumur, izləmir, sonra da deyir ki, sən niyə yazmırsan? Deyirəm, necə yazmıram?

Vaxtilə bir pyesim vardı - “Şəhərin yay günləri”. 20 Yanvar faciəsinə ithaf olaraq qələmə aldığım "Şəhərin qış gecələri" pyesinin əsas qəhrəmanları əslində həmin pyesdəki obrazlardır. Mən “Şəhərin yay günləri” pyesindəki qəhrəmanları 1990-cı ilin qanlı qış gecəsinə gətirdim. Yəni, həmin əsərdəki qəhrəmanlar o qanlı gecədə necə hərəkət edib, özlərini necə aparıb. Qanlı Yanvar hadisələrinin 30 illiyinə həsr etdiyim pyesdə forma yeniliyi və janr əlvanlığı ilə yanaşı, ölkəmizdə baş verən ictimai-siyasi proseslərə fəal müdaxilə, insanların cəmiyyətdə qarşılaşdıqları haqsızlıqlar, meydan hərəkatının geniş vüsət alaraq bütün dünyaya səs salması, soyuq qış gecəsində meydana toplaşan əliyalın soydaşlarımızın amansızlıqla qətlə yetirilməsi ürək ağrısı ilə təsvir olunub. Təbii ki, pyesdəki hadisələr 1990-cı ilin yanvarında Bakıda cərəyan edir. Həmin pyes əsasında Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında eyniadlı əsər səhnəyə qoyuldu. Açığı, onun necə qarşılandığını izləyə bilmədim, amma sözümün canı odur ki, izləmədən, oxumadan nəsə fikir yürütmək olmaz.

Eyni zamanda, “Əcəl” povestim “Azərbaycan” jurnalında dərc olundu. İndi də kitab halında çapa hazırlanır. Həmçinin “Söz dünyası” adlı beşcildlik kitabımın dörd cildi işıq üzü görüb. Hazırda beşinci cild çapa hazırlanır. Bu kitaba müxtəlif illərdə yazdığım icmal məqalələr, portret-oçerklər, esselər, xatirələr daxil edilib. “Söz dünyası” beşcildliyinin I, II, III cildləri qədimlərdən bu günə qədər ədəbiyyat tariximizə, klassiklərə və çağdaşlara həsr olunan yazıları əhatə edir. IV və V cildlər isə “Musiqi dünyası”, “Rənglər dünyası”, “Daşlar dünyası”, “Teatr dünyası” və “Kino dünyası” adlı bölmələrdən ibarətdir. Bir sözlə, yaradıcılıq prosesi gedir, işləyirik, yazdıqlarımız var, həm də kifayət qədər.

- Sizin yaradıcılıq mətbəxinizin sirri nədədir? Çoxsaylı oxucu auditoriyasına necə nail olursunuz?

-Hər zaman çalışmışam ki, yazdıqlarım oxunsun. Mənim öz oxucu auditoriyam var və onlardan da narazı deyiləm. Həmişə deyirəm ki, oxucunun keyfiyyəti kəmiyyətindən üstündür. Bəzən deyirlər ki, filankəsin filan qədər oxucusu var. Əslində isə oxucunun sayı yox, onun səviyyəsi ön planda dayanmalıdır. Elə kitablar var ki, oxucular maraq göstərir, alıb oxuyurlar, amma bir ildən sonra unudulur. Elə kitablar da var ki, əsrlər boyu yaşayır. Mən çalışıram elə mövzulara toxunum ki, həm bədii keyfiyyəti yüksək olsun, həm də zamanın sınağından keçə bilsin.

-Əsərlərinizdəki obrazlar real həyatdan götürülüb, yoxsa...

-Yazıçı üçün mənbə həyatdır, gördükləridir. O, öz müşahidələrini qələmə aldığı əsərə gətirir və bu, tamamilə təbiidir. Amma konkret demək olmaz ki, bu Məmməddi, Həsəndi, Fatmadı, Səkinədi, yaxud başqasıdır... Yazıçı həyatda rast gəldiyi müxtəlif insanları müşahidə edir, onlar haqqında təsəvvür toplanır və nəticədə bədii obraz yaranır. Bədii obraz da bədii təxəyyülün nəticəsidir. Söhbət oçerkdən, məqalədən gedirsə, əlbəttə ki, bu, konkret bir adam haqqındadır.. Məsələn, mənim klassiklər haqqında məqalələrim var və onlar konkret adamlardan bəhs edir. Gördüklərin sadəcə material verir, obraz isə sənə məxsus yaradıcılıqdır.

-Əsərlərinizdə keçmiş və indiki zaman çox vaxt üst-üstə düşür. Sizcə, insanın yaddaşını kimliyi, yoxsa yaratdıqları müəyyənləşdirir?

- Bunu dəfələrlə demişəm, bəzən də buna görə mənə irad da tuturlar. Bəzi əsərlərim var ki, sonradan onların davamını yazmışam. Niyə yazmışam? Mən bunu çox aydın izah edirəm. Əsərlərimdə qələmə aldığım qəhrəmanlar mənim üçün canlı insanlardır. Ona görə də mənim üçün maraqlıdır ki, keçən əsrin 60-70-ci illərində yaratdığım qəhrəmanlar XXI əsrdə özlərini necə aparacaqlar. Elə misal üçün keçən əsrin 90-cı illərində olan qəhrəmanlarım. Necə ki, “Şəhərin yay günləri” pyesinin qəhrəmanlarını çox-çox illər sonra 1990-cı ilin Qara Yanvar gecəsinə gətirdim, eyni qayda ilə “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanının qəhrəmanının həyatını sonradan bir hadisə ilə əlaqədar “Təhminənin son sirri” adlı hekayədə davam etdirdim. Romanda bəzi oxucular üçün qaranlıq qalan bir məsələ həmin hekayədə açılır. Elə vaxtı ilə yazdığım “Macal” povestinin qəhrəmanlarını da Xalq Cəbhəsinin hakimiyyəti illərinə gətirərək onların həmin dövrdə yaşam tərzini canlandırmağa çalışmışam. Dediyim odur ki, mənim üçün yaratdığım obrazlar “donmuş” deyil, onlar zaman içində dəyişir, inkişaf edir, hər dövrə uyğun şəkildə öz reaksiyasını verir, yəni, qəhrəmanlarımın taleyini izləmək mənim üçün maraqlıdır.

-Bəzən yazıçı obrazının onunla danışdığını hiss edir. Sizi hansı obraz sürprizlərlə qarşılaşdırıb?

-Əlbəttə! Hər əsərdə belə şeylər yaşanır. Məsələn, Puşkin "Yevgeni Onegin” poemasını bitirəndən sonra bir dostuna məktub yazıb gileylənir ki, görürsən də, Tatyana mənim başıma nə oyun açdı, ərə getdi! Yəni, şair əvvəlcədən süjeti belə düşünmürmüş. Yaradıcılıq prosesində gözlənilməz sürprizlər çox olur. Sənin qəhrəmanların canlı insandırsa, haradasa onlar müəllifin iradəsindən asılı olmayaraq hərəkət edəcəklər. Əsər yekunlaşanda özün də təəccüb edirsən ki, axı mən belə düşünməmişdim. Yazı prosesində qəhrəman artıq müəllifdən asılı olmur, müstəqil davranır. Əlbəttə, bu, yazıçının yaradıcılıq laboratoriyasıdır.

-Yazmaq sizin üçün öyrənməkdir, yoxsa özünü kəşf etmək? Yəni, yazdıqca siz dəyişirsiniz, yoxsa sadəcə dünyanı daha dərindən anlamağa çalışırsınız?

-Şübhəsiz ki, dərk eləmək istəyirəm. Hər əsər yazıçı üçün həyat təcrübəsidir. Yazdıqca müəyyən məsələlər barədə daha dərindən düşünürsən, ağlına yeni fikirlər, yeni ideyalar gəlir, ona görə də yazılan hər əsər yenilik və həyat təcrübəsidir. Yazdıqca həm özündən, həm də obrazlardan yeni nələrsə öyrənirsən, dünyanı daha dərindən dərk etməyə çalışırsan. Hər bir əsər dünyaya gələn övlad kimidir. Dünyaya gələn övlad sonra sənə həyatda nələrisə başa salır və sən ondan nəyisə öyrənirsən.

-Anar müəllim, yunanlar deyirlər ki, “yaşlılar xoşbəxtdir”. Siz necə düşünürsünüz, səhhətiniz necədir?

- Özümü çox yaxşı hiss edirəm. Bir dəfə hava limanında arabaya minmişəm, həmin vəziyyətdə paparatsilər şəklimi çəkiblər və onu haradasa yayaraq vay-şivən salmağa başlayıblar. Mən həmişə arabayla gəzmirəm axı? Sadəcə İstanbul aeroportu böyük olduğuna görə orada belə hərəkət etmək daha rahatdır.

Mənim həm dostlarım var, həm də... düşmən demək istəmirəm, çünki elə adamları heç düşmən də saymıram, sadəcə paxıllıq edənlər olur. Özümü normal hiss edirəm. Yaşın artmağının bircə ağır tərəfi var: Dostların bir-bir dünyadan köçüb gedir, onların sayı azalır, sırası seyrəlir. Mənim yaşıdım olan dostların demək olar ki, böyük əksəriyyəti həyatda yoxdur. Bu,məni çox kədərləndirir. Mən onların da əvəzinə yaşayıram. Düzdür, cavan dostlarım da var, Allah onlara cansağlığı versin. Həyat davam edir və nə qədər Allahın verdiyi ömür payı var, gərək qələm əldən düşməsin, yazaq-yaradaq.

Söhbətimiz yekunlaşır və biz sağollaşıb ayrılırıq. Nədənsə yaddaşımda Anarın Ramiz Həsənoğlunun çəkdiyi "Anarla üz-üzə" filmində verdiyi müsahibədə dediyi bu fikir dolaşır: "Onu deyə bilərəm ki, mən bütün ömrüm boyu bir əsər yazmışam...”. Bəli, bu əsərin adı ANAR-dır.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İngiltərə məktəblərində şagirdlərin mobil telefon saxlamasına qadağa qoyulacaq

Avropa Komissiyası Əbu-Dabi üzrə danışıqlara dair mövqeyini açıqlayıb

COP31-də qurulan Tropikal Kəpənək Bağçası xüsusi diqqət çəkir

Azərbaycanlı tanınmış cərrah Berlində DRK Klinikasının rəhbəri təyin olunub

TÜBA rəhbəri: COP31 Türkiyə və Azərbaycanın iqlim sahəsində əməkdaşlığını beynəlxalq müstəvidə nümayiş etdirir

Elmir Babayev: Elm bəşəriyyətin ortaq inkişaf dilidir və gələcəyin formalaşmasında mühüm rol oynayır

Sankt-Peterburqda Zəfər Gününü qeyd edilib

Türkiyənin vitse-prezidenti COP31-də Azərbaycan pavilyonunu ziyarət edib

COP31 çərçivəsində qlobal mina probleminə diqqət: Qarabağ Dirçəliş Fondundan mina terroruna qarşı mühüm təşəbbüs

Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna görüşü: Müharibənin başa çatması istiqamətində real irəliləyiş gözlənilirmi?

Noyabrın 10-u Ümumdünya Elm Günüdür

Media: ABŞ Əbu-Dabidə Ukraynanın sərhədlərinin yenidən çəkilməsini təklif edib

Ceyhun Bayramov Serbiyanın səfirinə "Dostluq" ordenini təqdim edib

Azərbaycanın energetika naziri COP31-də elektrikləşmə üçün istehsal, şəbəkələr və enerji saxlancının paralel inkişafına çağırıb

Rusiya Əbu-Dabi danışıqlarında irəliləyiş əldə olunacağına ümid edir

Rustem Umerov: Əbu-Dabidə üçtərəfli görüşdə hərbi əməliyyatların dayandırılması müzakirə edilir

On noyabr - Ermənistanın kapitulyasiya aktına imza atdığı tarix VİDEO

On noyabr - Ermənistanın kapitulyasiya aktına imza atdığı tarix VİDEO

Teddi Riner prezidentliyə namizədliyini irəli sürdü: Makrondan dəstək

Sabah Bakıda yağış yağacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək VİDEO

Sabah Bakıda yağış yağacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək VİDEO

Tuluz şəhərində azərbaycanlı gənclər Zəfər Günü münasibətilə bir araya gəliblər

Dünyanın 190 ölkəsindən dörd min jurnalist Antalyada COP31-i izləyir

BDYPİ: Səfərdən qayıdan sürücülərə mühüm xəbərdarlıq!

Qubada avtomobil dərəyə aşıb, bir nəfər ölüb, iki nəfər xəsarət alıb

Bu saata olan əsas xəbərlər

Vəkillər Kollegiyasının nümayəndə heyəti Gürcüstanda beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Polşa Respublikasının Prezidenti Zati-aliləri cənab Karol Navrotskiyə

Dənizkənarı Milli Parkda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

COP31-də Atatürkün xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Lüksemburqda Azərbaycanın Zəfər Günü silsilə tədbirlər və mədəni proqramla qeyd olunub

Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinə Döyüş Bayrağı təqdim edilib

COP31-in ikinci günü enerji və infrastruktura həsr olunub

Qazax şəhərində avtomobildə baş verən yanğın söndürülüb

Gənc Tamaşaçılar Teatrında Zəfər Gününə həsr olunmuş səhnə əsəri nümayiş etdirilib

Zəfər Gününə özəl videoçarx: “Zəfərin səsi, qürurun nəğməsi”

10 Noyabr Bəyanatından Vaşinqton sammitinə: Azərbaycanın formalaşdırdığı yeni regional reallıqlar

Baş konsul: İnanıram ki, Zəngəzur dəhlizinin açılması fəaliyyət dövrümə təsadüf edəcək VİDEO

Baş konsul: İnanıram ki, Zəngəzur dəhlizinin açılması fəaliyyət dövrümə təsadüf edəcək VİDEO

Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerjinin payı 2035-ci ilədək 43 faizə çatdırılacaq

Cenevrədə Azərbaycanın təşəbbüsü ilə dəyirmi masa təşkil olunub

Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO

Suriyada Zəfər Günü: Ordumuzun qələbəsi və aparılan bərpa işləri diqqətə çatdırılıb

Naxçıvanda Mustafa Kamal Atatürkün xatirəsi anılıb VİDEO

Naxçıvanda Mustafa Kamal Atatürkün xatirəsi anılıb VİDEO

Vaşinqtonda Zəfər və Bayraq günləri təntənə ilə qeyd edilib VİDEO

Vaşinqtonda Zəfər və Bayraq günləri təntənə ilə qeyd edilib VİDEO

Parisdə Vətən müharibəsindən bəhs edən “Zəfər rəqsi” filmi nümayiş olunub VİDEO

Parisdə Vətən müharibəsindən bəhs edən “Zəfər rəqsi” filmi nümayiş olunub VİDEO

Praqada azərbaycanlı musiqiçilərin iştirakı ilə “Rammstein Symphonic Experience” konserti

ABŞ-də zavodda kimyəvi sızma olub: 11 nəfər xəstəxanaya yerləşdirilib

Üçrəngli bayrağımız azad torpaqlarda milli qürurumuzun və birliyimizin rəmzi kimi dalğalanır – ŞƏRH

Rubio: Rusiyanın razılığı olmadan Ukraynaya təhlükəsizlik zəmanəti verilə bilməz

Şimali Koreya ən son torpedo silahını sınaqdan çıxarıb

ABŞ Senatı Trampın 161 namizədini hələ də təsdiqləməyib

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

FT: Netanyahu Trampdan İrana qarşı hərbi əməliyyatları bərpa etməsini istəyir

Pentaqon rəhbəri mümkün impiçmentdən narahat olmadığını bildirib

Zelenski: Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır

Tramp: Əbu-Dabi danışıqlarında irəliləyiş mümkündür

Rubio: Ukraynada sülh Moskva və Kiyev arasında razılaşmadan asılıdır

“Forbes”: “Nvidia” rəhbəri bir gündə 7,4 milyard dollar itirib

Rubio: ABŞ ideyalar irəli sürür, amma Ukrayna məsələsində uğura zəmanət verə bilməz

ABŞ və İran uranın zənginləşdirilməsi səviyyəsinin azaldılması barədə razılığa gələ bilərlər

Aİ Ukraynadakı hərbi missiyasının mandatını 2028-ci ilədək uzadıb

Cüdoçularımız Yaponiyada beynəlxalq təlimlərə qatılıblar

Şuşada bayram konserti və atəşfəşanlıq olub VİDEO

Şuşada bayram konserti və atəşfəşanlıq olub VİDEO

COP31-in ilk günündə qida təhlükəsizliyi, kənd təsərrüfatı və iqlim dəyişikliyinin sağlamlığa təsiri müzakirə olunub

İzmirdə baş verən partlayışda ölənlərin sayı 16 nəfərə çatıb

Üçrəngli bayrağımız milli kimliyimizin, dövlətçilik tariximizin və milli birliyimizin rəmzidir

Bolnisidə Zəfər Günü və Azərbaycan Bayrağı Gününə həsr olunmuş tədbir təşkil edilib

Dakar-2026: Boksçumuz yarımfinala yüksəlib

Cüdo üzrə U-17 Bakı şəhər birinciliyinə start verilib

Qarsda Zəfər yürüşü təşkil edilib

Azərbaycanın iki cüdo hakimi beynəlxalq “B” kateqoriyası qazanıb

Dövlət Bayrağı Günü tarixi yaddaş, milli suverenlik və dövlətçilik ideologiyasının təntənəsidir

Azərbaycanın da həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub

Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

Hikmət Babaoğlu: Biz gənc nəsli Zəfər ruhunda yetişdirməliyik

Bayrağımızın ucalığı dövlətimizin qüdrətindən qaynaqlanır - ŞƏRH

Nadir Azəri: Azərbaycan bayrağı xalqımızın azadlıq mübarizəsinin, tarixi yaddaşının, milli kimliyinin və gələcəyə olan inamının ifadəsidir

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında paylaşım edib VİDEO

İsveçdə yanacağın və ictimai nəqliyyatın qiymətlərinin artacağı gözlənilir

Ülviyyə Axundova: Qələbənin mahiyyətinin və dəyərinin gənclərə aşılanması mühüm vəzifələrdəndir

Folklor İnstitutunun direktoru: Xankəndidən xalqa ünvanlanan təbrik Zəfər tariximizin siyasi, mənəvi və ideoloji məzmununu bir daha nümayiş etdirir

Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus “Starlink” peyk rabitə bloklayıcısına zərbələr endirib

“Azərsun Holdinq” COP31-də: Dayanıqlı gələcək naminə milli dəyərlərimizi dünyaya təqdim edirik

Anar Əsgərov: İşğaldan azad olunmuş ərazilərə yeni gənclik ruhu qayıdıb

Erol Özvar: Azərbaycan ilə Türkiyə arasında ali təhsil və elmi əməkdaşlıq dünyaya nümunə ola bilər VİDEO

Erol Özvar: Azərbaycan ilə Türkiyə arasında ali təhsil və elmi əməkdaşlıq dünyaya nümunə ola bilər VİDEO

Eka Tkeşelaşvili: Azərbaycanın iqlim sahəsində təcrübəsi bir çox ölkədə maraq doğurur

2026-cı il tarixdə ən isti dörd ildən biri olacaq

COP31 iştirakçılarına Azərbaycanın su təhlükəsizliyi sahəsində təcrübəsi barədə məlumat verilib

“İMZA” İctimai Birliyi tərəfindən Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Dövlət Bayrağı Günündə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib

Vyanada Zəfər Günü qeyd olunub

Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası

Zəfər qürurunu əks etdirən konsert

Türkiyənin ev sahibliyi etdiyi COP31-də Azərbaycan pavilyonu: “Dialoq Dəhlizi”

Üçrəngli bayrağımız – milli dövlətçilik tariximizin və müstəqillik idealımızın təcəssümü

Türk ekspert: Azərbaycan Qələbəni sülhə, sülhü isə inkişafa çevirən ölkə nümunəsi kimi beynəlxalq nüfuzunu artırır

Şəkiyə yağan qar fəsadlara səbəb olub, problemlər aradan qaldırılır VİDEO

Şəkiyə yağan qar fəsadlara səbəb olub, problemlər aradan qaldırılır VİDEO

Müstəqilliyimizin və milli qürurumuzun əbədi rəmzi – FOTO

Xankəndidə “Zəfər nəsli” adlı gənclər düşərgəsi açılıb VİDEO

Xankəndidə “Zəfər nəsli” adlı gənclər düşərgəsi açılıb VİDEO

Oman Sultanlığında Zəfər Günü qeyd edilib