RƏSMİ SƏNƏDLƏR


İRƏVAN DÖVLƏT AZƏRBAYCAN DRAM TEATRININ ƏMƏKDAŞLARINA FƏXRİ ADLARIN VERİLMƏSI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə İrəvan Dövlət Azərbaycan Dram Teatrının aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Azərbaycan Respublikasının xalq artisti”

Abdullayeva Tamella İslam qızı

İsmayılova Elmira Məhərrəm qızı

Nəcəfov Süleyman Paşa oğlu

“Azərbaycan Respublikasının əməkdar artisti”

Əliyeva Dilarə Hasil qızı

Əliyeva Tünzalə Məcid qızı

Kərimov Vaqif Məhəmməd oğlu

“Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi”

Piriyev İvtixar Fəhrat oğlu

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 oktyabr 2007-ci il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin