Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ulu Öndər - Müasir və müstəqil Azərbaycanın memarı VİDEO

Bakı, 12 dekabr, AZƏRTAC

Azərbaycanın dövlətçilik tarixində dərin iz qoymuş Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür. Bu illər ərzində ölkəmiz onun siyasi irsinin işığında əzmlə irəliləyərək qısa müddətdə əsrə bərabər yol qət edib.

Bu dövr Azərbaycan üçün həm də tarixi ədalətin bərpası ilə yadda qalıb. Çoxəsrlik tariximizdə misli görünməmiş Vətən müharibəsi və ardınca həyata keçirilən antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. Bununla yanaşı, ölkəmiz beynəlxalq əhəmiyyətli enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və aparıcı iştirakçısı kimi regional və qlobal miqyasda siyasi-iqtisadi mövqelərini daha da möhkəmləndirib.

Bu nailiyyətlərin əsasını Ulu Öndərin əbədi ideyaları, Prezident İlham Əliyevin qətiyyətli qərarları, dəyişən qlobal reallıqlara uyğun siyasəti və çevik diplomatik fəaliyyəti təşkil edir. Bu gün Azərbaycanın səsi bütün beynəlxalq platformalarda daha güclü eşidilir, üçrəngli Bayrağımız ən yüksək zirvələrdə dalğalanır.

Milli dirçəlişin banisi

Azərbaycanın müasir tarixində qazanılan böyük uğurlar Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Onun 1969-cu ildən başlayan və 30 ildən artıq davam edən rəhbərliyi dövründə ölkəmiz milli dirçəliş və intibah dövrünü yaşayıb.

Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanın həyatında əsaslı dəyişikliklər yaratdı. Respublika canlanma mərhələsinə qədəm qoydu, genişmiqyaslı quruculuq işləri və inkişaf prosesi başladı. Bakıda o dövrün nadir sənaye müəssisələri – məişət kondisionerləri və dərin dəniz özülləri zavodları istifadəyə verildi. Memarlıq inciləri olan “Gülüstan” sarayı və Heydər Əliyev Sarayı inşa edildi, Yeni Əhmədli və “Günəşli” kimi iri yaşayış massivləri salındı. Kənd təsərrüfatında əhəmiyyətli nailiyyətlər əldə olundu ki, bu da əhalinin həyat səviyyəsini xeyli yaxşılaşdırdı.

Ulu Öndər Heydər Əliyev hələ sağlığında əfsanələşmişdi və nadir dövlət xadimlərindən sayılırdı. Dünyanın tanınmış simaları onu siyasətdə patriarx, tarixin gedişinə təsir edə bilən güclü şəxsiyyət hesab edirdilər.

Əminliklə demək olar ki, 1970-1980-ci illər Azərbaycan tarixində xalqımızın milli ideyalarının – azad, müstəqil və suveren dövlət qurmaq arzularının formalaşmasına möhkəm bünövrə yaratdı.

Xalqının qüdrətli müdafiəçisi

Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixinin ən görkəmli şəxsiyyətlərindən biridir və xalqımız onunla haqlı olaraq fəxr edir. Həyatı xalqı ilə dərindən bağlı olan Ümummilli Lider dövlətçilik tariximizdə unudulmaz rəhbər, qüdrətli Lider və fədakar insan kimi iz qoyub. Şübhəsiz ki, o, Azərbaycanı qəlbən sevən və ömrünü Vətəninin tərəqqisinə həsr edən dahi bir şəxsiyyət idi.

Ümummilli Lider Heydər Əliyev keçmiş SSRİ-nin ən ali rəhbər orqanlarından biri olan Siyasi Büronun üzvü, həmçinin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə qədər yüksəlmişdi. Ulu Öndərin belə mötəbər siyasi zirvəyə yüksəlməsi Azərbaycanın inkişafı üçün böyük imkanlar açdı. O, nüfuzundan və tutduğu vəzifələrin imtiyazlarından istifadə edərək Azərbaycana bir çox mühüm ittifaq layihələrini yönəltdi.

O dövrdə Heydər Əliyevin yorulmaz fəaliyyəti, qətiyyətli addımları və fitri təşkilatçılıq istedadı onun nüfuzunu daha da artırdı. Lakin buna rəğmən ona qarşı paxıllıq və qısqanclıq da güclənirdi. Xüsusilə mənsəbpərəst Mixail Qorbaçov onu siyasi meydandan uzaqlaşdırmağa çalışır, əleyhinə çirkin kampaniyalar aparırdı.

Ümummilli Lider Heydər Əliyev ölkə rəhbərliyi ilə ciddi fikir ayrılığı səbəbindən vəzifəsindən istefa verdikdən sonra erməni şovinistləri Azərbaycana qarşı ərazi iddiaları irəli sürdülər və Qarabağda separatizm baş qaldırdı. 1990-cı il yanvarın 20-də sovet ordusu Bakıda qanlı qırğın törətdi. O dövrdə də, bu gün də çoxları əmindir ki, əgər Heydər Əliyev həmin vaxt rəhbərlikdə olsaydı, nə Qarabağ problemi, nə Qara Yanvar faciəsi, nə də digər hadisələr baş verərdi.

Xaosdan sabitliyə: Müasir Azərbaycanın qurucusu

1990-cı illərin əvvəlləri Azərbaycan üçün çox mürəkkəb bir dövr idi. Bu vəziyyətə biganə qala bilməyən Ulu Öndər Heydər Əliyev Moskvadan Vətənə qayıtmaq qərarı verdi. Lakin o dövrdəki iqtidar Heydər Əliyevin Bakıya gəlməsinə mane olduğundan Ulu Öndər doğma Naxçıvana üz tutdu. Ümummilli Lider Naxçıvanı erməni təcavüzündən və siyasi təlatümlərdən qorumağı bacardı. Üçrəngli Bayrağımızı ilk dəfə Naxçıvanda ucaldan Ulu Öndər burada Yeni Azərbaycan Partiyasının əsasını qoydu. Ümummilli Liderin muxtar respublikanın rəhbəri olaraq qəbul etdiyi strateji və qətiyyətli qərarlar Azərbaycanın gələcək taleyinə mühüm təsir göstərdi.

Müstəqilliyin ilk illərində ölkə xaos, anarxiya və vətəndaş müharibəsi təhlükəsi ilə üzləşmişdi. 1993-cü ilin yayında vəziyyət böhran həddinə çatdı. Xalqın çağırışı ilə Ulu Öndər iyunun 9-da Naxçıvandan Bakıya gəldi və ölkəni xilas etmək üçün məsuliyyəti öz üzərinə götürdü.

Ulu Öndər Heydər Əliyev qısa zamanda ölkədə sabitliyi bərpa etdi və müasir milli dövlət quruculuğu prosesini başlatdı. Onun rəhbərliyi ilə milli maraqlar ön plana çıxarıldı, xarici siyasət prinsipləri müəyyənləşdirildi və ictimai-siyasi sabitlik təmin edildi. Bu isə ölkədə genişmiqyaslı infrastruktur və quruculuq işlərinə şərait yaratdı.

Ordu quruculuğu sahəsində də mühüm addımlar atıldı. Ulu Öndər cəbhə bölgələrinə səfərlər edir, əsgərlərlə görüşərək onların mənəvi ruhunu yüksəldirdi. Bunun nəticəsində düşmənin ölkəmizə qarşı yeni işğal planları dəf edildi və təhlükələrin qarşısı alındı.

Eyni zamanda, Azərbaycanın enerji və nəqliyyat infrastrukturunda böyük layihələr reallaşdırıldı. Bakı-Tbilisi-Ceyhan neft kəməri istifadəyə verildi, ardınca Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və Cənub Qaz Dəhlizi inşa edildi. Bu transmilli layihələr ölkəmizi beynəlxalq arenada mühüm aktora çevirdi.

Uğurlu inkişafdan möhtəşəm Zəfərə

Ümummilli Lider Heydər Əliyev artıq aramızda olmasa da, onun parlaq ideyaları bu gün də Azərbaycanın inkişaf yolunu işıqlandırır. Prezident İlham Əliyev Ulu Öndərin strategiyasını qətiyyətlə davam etdirərək ölkəmizi yeni zirvələrə aparır, qlobal siyasətin mürəkkəb məqamlarını nəzərə alaraq milli maraqları qoruyur. Onun titanik fəaliyyəti nəticəsində Azərbaycan güclü dövlətə və beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilib.

Xalq öz Liderinə inanır və onu dəstəkləyir. Bu həmrəyliyin və inamın ən parlaq təcəssümü 44 günlük Vətən müharibəsində və uğurlu antiterror tədbirləri nəticəsində qazanılan möhtəşəm Zəfərdir. Prezident İlham Əliyev quruculuq işlərində də böyük qətiyyət və əzmkarlıq nümayiş etdirir. İşğaldan azad olunmuş ərazilərdə infrastruktur bərpa olunur, yaşayış kompleksləri tikilir, yenilərinin təməli qoyulur. Bu proseslər Böyük Qayıdışın uğurlu perspektivindən xəbər verir. İndiyədək yüzlərlə ailə doğma yurda qovuşub və “Böyük Qayıdış” Proqramı uğurla həyata keçirilir.

Heç şübhəsiz, bütün bu uğurların əsasını Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti, müdrik strategiyası və milli dövlətçilik prinsipləri təşkil edir. Bu nailiyyətlər göstərir ki, Azərbaycanın gələcəyi daha güclü, firavan və sabit bir dövlət olaraq qorunacaq, xalqımız isə hər zaman öz Liderinə güvənərək inkişaf yolunda addımlamağa davam edəcək.

 

 

Ulu Öndər - Müasir və müstəqil Azərbaycanın memarı VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır

Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 mindən çox müəllim çalışır

Xəzər dənizi və Orta Dəhliz: Aktau şəhərində Azərbaycan-Qazaxıstan forumu keçirilib

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Goranboy, Mingəçevir və Yevlax sakinlərinin elektrik enerjisi ilə bağlı müraciətləri dinlənilib

Həsən Həsənov: Azərbaycanın dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək əsas vəzifədir

Yəməndə aclıq səviyyəsi sürətlə artır

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub VİDEO

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub VİDEO

Azərbaycanın “UNECode” komandası Şanlıurfada keçirilən “TEXNOFEST”də qələbə qazanmağı hədəfləyir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı Metropoliteni” QSC-yə yeni səlahiyyət verilib

Yeni Azərbaycan Partiyasının Nizamnaməsinə təklif edilən dəyişikliklər təsdiqlənib

YAP Təftiş Komissiyasının tərkibi yekdilliklə təsdiqlənib