Cəlilabadda 14 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO
Cəlilabad, 11 fevral, İlkin Adıyev, AZƏRTAC
Narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdikləri tədbir zamanı əvvəllər məhkum olunmuş 26 yaşlı Emil Rəşidov, 32 yaşlı Ramin İsrafilov və 27 yaşlı Taleh İsazadə saxlanılıblar. Onlardan, ümumilikdə, 14 kiloqram marixuana və metamfetamin, 100 ədəd metadon həbi aşkarlanıb.
Araşdırmalarla onların xaricdə yaşayan narkotacir vasitəsilə əldə etdikləri narkotik vasitələri maddi qazanc müqabilində paytaxt ərazisinə gətirərək deyiləcək ünvanlara yerləşdirməyə razılaşdıqları müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.11.2026 [23:01]
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub VİDEO
- 08.11.2026 [22:17]
Zəfər Günü Ağdam, Füzuli və Xocavənddə silsilə tədbirlərlə qeyd edilib
- 08.11.2026 [21:45]
Naxçıvanda Zəfər Günü münasibətilə atəşfəşanlıq olub
- 08.11.2026 [20:34]
Göygöldə Zəfər Günü ilə əlaqədar silsilə tədbirlər təşkil olunub
- 08.11.2026 [19:00]
Ağdam, Füzuli və Xocavənddə şəhid ailələrinin müraciətləri dinlənilib
- 08.11.2026 [17:52]
Gəncədə Zəfər Günü ilə əlaqədar şəhidlərin xatirəsi yad edilib
- 08.11.2026 [17:38]
Zəfər Günü Xocavənd qəsəbəsində qeyd olunub
- 08.11.2026 [13:35]