Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rusiya-Ukrayna müharibəsinin 4 ili – AZƏRTAC-ın Borodyankadan REPORTAJI VİDEO

Borodyanka, 20 fevral, AZƏRTAC

Rusiya-Ukrayna müharibəsinin 4 ili tamam olur. Kiyev vilayətinin Buça rayonunun Borodyanka qəsəbəsi Rusiya ordusunun ilk işğal etdiyi ən böyük yaşayış məntəqəsi olub.

Müharibənin ikinci günü - fevralın 26-da artıq Rusiya ordusu Borodyankaya daxil oldu. 2022-ci il aprelin 1-nə qədər Borodyanka uğrunda gedən döyüşlər zamanı ən azı 171 mülki şəxs həlak olub, 60-dan çox insan itkin düşmüş sayılır. Qurbanlar arasında işğal zamanı 13 nəfərin öldüyü Borodyanka psixiatriya dispanserinin xəstələri də olub. Kiyev vilayəti ərazisindəki bütün yaşayış məntəqələri arasında ən ağır dağıntıya məhz Borodyanka məruz qalıb. Borodyanka döyüşlərinin şahidi və hərbçi Mikola Valovik həmin günləri qara kabus adlandırır.

Borodyanka sakinləri “Molotov kokteyli” və ov tüfəngləri ilə müqavimət göstərirdi

Mikola Valovik AZƏRTAC-a açıqlamasında bildirib ki, Borodyankanın əsas küçəsində yerli sakinlər “Molotov kokteyli”, ov tüfəngləri ilə müqavimət göstərməyə başlayanda rus hərbçiləri şəhəri xüsusilə təyyarələrlə bombalamağa başladılar.

“Bir neçə çoxmərtəbəli bina bombalandı. Həmin binalardan ikisi arxada yerləşirdi. Orada insanlar zirzəmilərdə yaşayırdılar. Hava zərbələri nəticəsində binalar dağıldı, insanlar zirzəmilərdə dağıntıların altında qaldılar. Zirzəmidə qalan həmin insanların taleyi məlum deyil.

Borodyankada 2000-dən çox mülki obyekt dağıdılıb

Paytaxt Kiyevdən cəmi 30-40 kilometr məsafədə yerləşən Borodyankada Rusiya ordusu Ukrayna hərbçilərinin müqaviməti ilə rastlaşmasaydılar, Kiyevə doğru irəliləyəcəkdi. Çünki Belarus sərhədi yaxınlığında yerləşən Borodyanka Kiyevə qarşı Rusiya hücumunun əsas mərkəzi sayılırdı. Ona görə də bu yaşayış məntəqəsi kütləvi atəşə məruz qaldı.

Borodyankanın “Çentralne vulitsa” adlanan küçəsində Rusiya ordusu Çernobıl istiqamətindən şəhərə daxil oldu. Rus hərbçilər məhz buradan yerli sakinlərin, Ukrayna Silahlı Qüvvələrinin müqaviməti ilə qarşılaşdılar. Burada Rusiya ordusunun tank kolonu məhv edildi. Lakin ətraf yaşayış məntəqələri dağıdıldı. Onlarla insan, mülki şəxs həlak oldu. Burada yerləşən orta məktəb dağıdılmışdı. Məktəbin partalarından müdafiə istehkamı üçün istifadə edilmişdi. İndi isə göründüyünü kimi, artıq məktəb yenidən tamamilə bərpa edilib və normal təhsil üçün şərait yaradılıb.

Borodyanka faciəsi Buça faciəsindən heç də geri qalmır. Çünki hadisələrin şahidi olan yerli sakinlərin bildirdiyinə görə, rus hərbçilər dağıntılar altında qalan insanların çıxarılmasına mane olurdular. İşğal başlayanda bir çox yerli sakin Borodyankanı tərk etməsəydi, itkilərin sayı daha çox ola bilərdi.

Borodyanka meri vəzifəsini icra edən İrina Zaxarçenko AZƏRTAC-a açıqlamasında bildirib ki, şəhər 2022-ci il fevralın 26-da ilk dağıntıya məruz qaldı.

“Rusiya hərbi texnikasının kolonları artıq torpağımızdan, yollarımızdan keçmişdi. Biz itkilər verdik, təkcə şəhərdə 2000-dən çox obyekt dağıdıldı - məktəblər, uşaq bağçaları, çoxmənzilli binalar, xəstəxanalar, təcili yardım məntəqələri və digər infrastruktur. Amma biz ümidimizi itirməmişik. Ukrayna Silahlı Qüvvələri sayəsində şəhərimiz işğalçılardan azad edilib.

Bu gün Ukrayna hökumətinin, prezidentimizin dəstəyi və dost Avropa tərəfdaş ölkələrinin dəstəyi ilə bərpa edirik. Bu günə qədər 30-dan çox obyekti - çoxmənzilli binaları, məktəbləri və uşaq bağçalarını yenidən qurmuşuq. Dövlət proqramları çərçivəsində bərpa işlərini davam etdiririk”, - deyə İrina Zaxarçenko əlavə edib.

Qeyd edək ki, şəhərin mərkəzində yerləşən səkkiz çoxmərtəbəli yaşayış binası dağıdılıb və çoxsaylı itkilərə səbəb olub. Ümumilikdə Borodyankada döyüşlər və işğal zamanı 300-dən çox mülki şəxs və hərbçi həlak olub. Ona görə də Ukrayna Daxili İşlər Nazirliyi rəsmi hesabatında Borodyankadakı hadisələri Ukraynanın ən böyük faciələrindən biri kimi qeyd edib.

 
Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Borodyanka

Rusiya-Ukrayna müharibəsinin 4 ili – AZƏRTAC-ın Borodyankadan REPORTAJI  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ukrayna, ABŞ və Avropa nümayəndələri münaqişənin tənzimlənməsini müzakirə ediblər

Azərbaycan millisi Andorraya qalib gəlib, Emin Mahmudov yığmadakı karyerasını bitirib

Tbilisidə Mirzə Şəfi Vazehin doğum günü qeyd olunub

Ukraynanın Zaporojye vilayətinə aviazərbələr nəticəsində ölənlərin sayı 72 nəfərə çatıb

Aİ-nin beş ölkəsi Ruandada deportasiya olunacaq miqrantlar üçün mərkəz yaratmaq barədə razılığa gəlib

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib

Emin Mahmudov millidə son oyununa çıxıb

Seul üçtərəfli görüşün Koreya yarımadasında sülhə töhfə verəcəyinə ümid edir

“Azərbaycan” qəzetində şəhid Elgün İsmayılov adına ənənəvi yaradıcılıq müsabiqəsinə yekun vurulub

Boğaziçi Universitetində “Azərbaycan Mədəni İrs Səyahəti II – Xarıbülbülün oyanışı” adlı tədbir keçirilib

Biləsuvarda VI Hind quşu festivalı təşkil olunacaq

Culfada baş verən yol qəzasında 72 yaşlı qadın ağır xəsarət alıb

Mao Nin: Üçtərəfli görüşdə liderlər dünyada sülhün qorunmasını müzakirə edəcəklər

İsmayıllının dağ kəndində qaz problemi - “Azəriqaz” məsələyə münasibət bildirdi

Avropanın beş ölkəsi Ruandada miqrantlar üçün geriqaytarma mərkəzinin yaradılmasını planlaşdırır

Samara azərbaycanlılarının dəstəyi ilə “Gənc qvardiya”nın üzvü Əli Dadaşov haqqında film çəkilib

Tramp Çinə səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Belarusda “Nar bayramı”na həsr olunan tədbir keçirilib VİDEO

Belarusda “Nar bayramı”na həsr olunan tədbir keçirilib VİDEO

Tramp Si Cinpin və Putinlə görüşdə Ukraynadakı müharibəni müzakirə edəcəyini bildirib

Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanıb YENİLƏNİB

Qütb burulğanının erkən dağılması Avropa və Asiyada kəskin soyuqlara səbəb ola bilər

“Lulla”nın həmtəsisçisi: Məqsədimiz uşaqlara ana dilini sevdirməkdir

Xəzər dənizinin Azərbaycan sahilboyu ərazilərində torpaqların idarə olunması Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilib

Naxçıvan Dövlət Universitetində Pakistanla birgə Kənd Təsərrüfatı üzrə Araşdırma Mərkəzi yaradıla bilər

Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi və iqtisadi əməkdaşlığının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

İƏT Nazirlər Şurasının iclasında Azərbaycanın regionda davamlı sülhün təmin olunması istiqamətindəki səylərindən bəhs edilib

İlhan İşbaş: Azərbaycanın enerji və nəqliyyat sahəsində Avropa üçün strateji əhəmiyyəti artır

Lənkəranın tarixi, təbiəti və memarlıq incisi – Dairəvi qala

Muxtar respublikada payızlıq taxıl əkini 2 dəfəyə yaxın artıb

COP31-in sədri Azərbaycan pavilyonunu ziyarət edib

Dublin görüşü Azərbaycan-Ermənistan sülh prosesinin və regional əməkdaşlığın inkişafı baxımından əhəmiyyətlidir RƏY

Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın iclası olub

Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi 306 milyon dolları ötüb

Xəzər sahilinin vahid idarəetmə modeli iqtisadi səmərəlilik və ekoloji dayanıqlığı gücləndirə bilər - ŞƏRH

Məktəb direktorlarının işə qəbulu müsabiqəsində 463 namizəd uğur qazanıb

Aydın Talıbzadə: Teatrda ənənə ilə yeniliyin balansı qorunmalıdır

BMT avtonom silahların qadağan edilməsi üçün beynəlxalq müqavilənin imzalanmasına çağırıb

Nüfuzlu turnirdə avtomobil qazanan tennisçinin sürücülük vəsiqəsi yoxdur

Bakıda “X Beynəlxalq Bankçılıq Forumu 2026” keçiriləcək

COP31-də Xəzər dənizinin problemləri müzakirə olunub

Ceyhun Bayramov britaniyalı həmkarı ilə regional təhlükəsizliyi və ikitərəfli əməkdaşlığı müzakirə edib

Gələcəyin peşələri və insan kapitalı: Bakıda Milli Məşğulluq Forumu təşkil olunub VİDEO

Gələcəyin peşələri və insan kapitalı: Bakıda Milli Məşğulluq Forumu təşkil olunub VİDEO

Süni intellektin cəmiyyətə təsiri və təhlükəsiz istifadəsi araşdırılır

BDU Gürcüstanın 5 universiteti ilə əməkdaşlığa başlayır

ABRSM nümayəndəsi Bakı şəhərinin musiqi və incəsənət məktəblərinə olub

Valideynlərlə əməkdaşlığa həsr olunmuş konfranslar yekunlaşıb

Qazaxıstan gələn il Çinlə üçüncü dəmir yolu sərhəd-keçid məntəqəsini açmağı planlaşdırır

Azərbaycana marağın artması ölkəmizin beynəlxalq əməkdaşlığa verdiyi töhfə ilə sıx bağlıdır - ŞƏRH

® Ədliyyə işçilərinə özəl – 3 faiz endirimli, komissiyasız kredit

Avropa İttifaqı və FED “UniCredit”in “Commerzbank”ı satın almasına razılıq verib

Aytən Eynalova: Azərbaycanda artıq üç ildən çoxdur ki, dəstəkli məşğulluq modeli tətbiq olunur

İntellektual bölmələrdə yeni mərhələ: texnologiya peşəkarlarının potensialından daha geniş istifadə olunacaq

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib

Daşınmaz əmlakın qeydiyyatı məsələləri ilə bağlı vətəndaşların müraciətləri dinləniləcək

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları genişləndirib

COP29-un prezidenti: Meşələrin qorunması gələcəyimizin təminat altına alınması deməkdir

Qara dənizdə batan gəmidə aralarında 4 azərbaycanlının da olduğu heyət üzvləri xilas edilib

Cənubi Qafqazda baş verən dəyişikliklər Avropa ilə əməkdaşlığın möhkəmləndirilməsinə zəmin yaradır – RƏY

Bakıda saxta "İvanovka" məhsulları istehsal edən sex bağlanıb VİDEO

Bakıda saxta "İvanovka" məhsulları istehsal edən sex bağlanıb VİDEO

Akademik Əhəd Canəhmədovun elmi xidmətləri beynəlxalq mükafatla qiymətləndirilib

Bakı–Xankəndi Azərbaycan Velosiped Yarışına hazırlıq məsələləri müzakirə edilib

“Bir pəncərə” sistemi Azərbaycanın qlobal rəqəmsal logistika mərkəzinə çevrilməsinə yeni imkanlar yaradır – ŞƏRH

Qəlbində muğam sevgisi, səsində Qarabağın ruhu – böyük səhnələrə addımlayan Fatimə Kərimova VİDEO

Qəlbində muğam sevgisi, səsində Qarabağın ruhu – böyük səhnələrə addımlayan Fatimə Kərimova VİDEO

® “Expresspay” terminallarında 500 manat üzəri nağd ödənişlərdə yenilik

Azərbaycan və ABŞ güləş federasiyaları arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Azərbaycan Avropa ilə dialoqda yeni mərhələyə hazırlaşır: Bakı sammiti nə vəd edir?

Qusarda 6 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun təmiri davam edir VİDEO

Qusarda 6 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun təmiri davam edir VİDEO

COP31-də Ermənistanın törətdiyi ekosiddən bəhs edən “Bir ovuc dünya” sənədli filmi nümayiş olunub

"Süni intellekt və əmək bazarı: İşlər yox olur, yoxsa dəyişir?" - panel sessiya VİDEO

"Süni intellekt və əmək bazarı: İşlər yox olur, yoxsa dəyişir?" - panel sessiya VİDEO

Argentinada başına top dəyən futbolçu vəfat edib

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Milli Paralimpiya Komitəsi beynəlxalq idman seminarında təmsil olunub

Narkomanlığa qarşı mübarizədə dövlət və vətəndaş cəmiyyəti institutlarının əməkdaşlığı genişləndirilir

Tbilisidə Azərbaycan universitetlərinin təhsil sərgisi təşkil ediləcək

Respublika fənn olimpiadalarında iştirak üçün son iki gün

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 8 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 12 oktyabr tarixli 427 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

537 nömrəli marşrutun hərəkət sxemi dəyişdirilib VİDEO

537 nömrəli marşrutun hərəkət sxemi dəyişdirilib VİDEO

Binəqədidə restoranda baş verən yanğın söndürülüb - FOTOLAR YENİLƏNİB VİDEO

Binəqədidə restoranda baş verən yanğın söndürülüb - FOTOLAR YENİLƏNİB VİDEO

Azərbaycan-Böyük Britaniya münasibətləri qarşılıqlı etimad üzərində qurulub ŞƏRH

Elm və Təhsil Nazirliyinə 15 gündə 27 mindən çox müraciət daxil olub

Anatomiya Muzeyinin ən qədim eksponatları: mumiyalanmış insan qalıqları

Prezident İlham Əliyevin Dublin görüşləri Azərbaycanın Avropa siyasi arxitekturasında güclənən mövqeyinin bariz nümunəsidir

Dublin Bəyannaməsinə dair şərh:Böyük Britaniya Orta Dəhlizə daha çox maraq göstərir

Macarıstanda mənzil bazarında qiymət artımı yavaşlayıb, icarə haqları azalıb

Gələn il daha 15 müəssisənin “Rəqəmsal iqtisadiyyatın inkişafına dəstək” proqramına qəbulu nəzərdə tutulub VİDEO

Gələn il daha 15 müəssisənin “Rəqəmsal iqtisadiyyatın inkişafına dəstək” proqramına qəbulu nəzərdə tutulub VİDEO

Muxtar Babayev: İqlim maliyyəsi ölkələr üçün əlverişli və əlçatan olmalıdır

Dublində Naxçıvan dəmir yolu layihəsinə diqqət yetirilməsi onun beynəlxalq əhəmiyyətini yenidən gündəmə gətirir - ŞƏRH

Bakıda keçiriləcək bal yarmarkasının tarixi və yeri dəyişdirilib

Azərbaycan Maskat Fəaliyyət Planı Forumunda təmsil olunub

Arif Əsədov: Futbolçu imicini qorumaq üçün doğru zamanda karyerasını bitirməlidir

AQTA-nın Məşvərət Şurasının üzvü: Pestisid və gübrələrin düzgün saxlanılması təhlükəsizlik üçün əsas şərtdir

Azərbaycanın hərbi qulluqçusu İtaliyada NATO kursunu müvəffəqiyyətlə başa vurub

Eksternat təhsil üzrə imtahanlarda iştirak üçün sənəd qəbuluna başlanılır

SOCAR Rumıniyada 110-cu yanacaqdoldurma məntəqəsini istifadəyə verib

Azərbaycan ilə Gürcüstan sərhəddə yük və sərnişin qatarlarının keçid müddətinin azaldılmasını müzakirə edib

Səhnəyə həsr olunan 30 ilin təntənəsi: “Leyli və Məcnun” operası yubiley işığında

Güləş İrsi və İcması Komitəsinin növbəti iclası olub

4SİM sənaye müəssisələrini texnoloji və yaşıl transformasiya mövzusunda bir araya gətirib

BMU tələbələrinin komandası NASA hakatonunda birinci yeri tutub