Yaponiyada işsizlik son beş ayda ilk dəfə artıb VİDEO
Bakı, 3 mart, AZƏRTAC
Yaponiyada işsizlik səviyyəsi yanvar ayında 2,6 faizdən 2,7 faizə yüksəlib. Bu, son beş ayda qeydə alınan ilk artımdır.
AZƏRTAC Yaponiyanın Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, artım əsasən daha yüksək maaş və yaxşı iş şəraiti axtaranların könüllü şəkildə işdən çıxması ilə bağlıdır.
Yaponiya Daxili İşlər və Rabitə Nazirliyinin açıqlamasına əsasən, məşğul əhalinin sayı 68,17 milyon nəfərə düşüb, işsizlərin sayı isə 3,2 faiz artaraq 1,91 milyona çatıb.
Yaşayış, qida xidmətləri, topdan və pərakəndə satış sahələrində işçi sayı azalsa da, təhsil və istehsalat sektorlarında məşğulluq artımı müşahidə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]
Zelenski Trampla Nyu-Yorkda görüşəcək
- 20.09.2026 [23:30]