İran səfiri Türkiyə XİN-ə çağırılıb VİDEO
Ankara, 4 mart, AZƏRTAC
İranın Ankaradakı səfiri Məhəmməd Həsən Həbibullazadə çərşənbə günü İran ərazisindən buraxılaraq Türkiyə hava məkanından keçən ballistik raketlə bağlı Türkiyənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
AZƏRTAC xəbər verir ki, İran səfirinə ölkənin cənubunda İran raketini vuran NATO-nun hava hücumundan müdafiə sisteminə məxsus sursatın qalıqlarının düşməsi ilə əlaqədar Ankaranın narazılığı və narahatlığı bildirilib.
İran ballistik raketinin vurulması məsələsi bu gün Türkiyə və İranın xarici işlər nazirləri arasında da müzakirə olunub. Hakan Fidan Abbas Əraqçiyə bildirib ki, “münaqişənin coğrafiyasını genişləndirə biləcək addımlar qəbuledilməzdir”.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]