Sərxan Hacıyev: Dünya çempionatını qəbul edəcək konkret şəhərlərdən biri Bakıdır VİDEO
Bakı, 16 mart, AZƏRTAC
2027-ci ildə ölkəmizdə keçiriləcək dünya çempionatı ilə bağlı FIFA və bir sıra qurumlarla sıx əlaqə yaradılıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev mətbuat konfransında deyib.
O bildirib ki, mundialı qəbul edəcək konkret şəhərlərdən biri Bakıdır: “Digər rayon və şəhərlərlə bağlı hələlik dəqiq bir şey söyləyə bilmirik. Danışıqlar gedir. Hələlik sadəcə Bakının adını çəkə bilərik. FIFA ilə gündəlik olaraq əlaqədəyik. Oyunların sentyabr və oktyabr aylarında keçiriləcəyi gözlənilir. Lakin dəqiq vaxt hələlik bəlli deyil”.
Qeyd edək ki, 2027-ci il dünya çempionatına Azərbaycan və Özbəkistan birgə ev sahibliyi edəcək.
Müxbir - Aynur Əlixanlı
Operator - Vüsal Tağıyev
Fotoqraf - Səfiyar Məcnun