İsrail ordusu Livana yenidən hava zərbələri endirib VİDEO
Bakı, 9 aprel, AZƏRTAC
İsrail ordusunun Livana hücumları davam edir.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, İsrailə məxsus təyyarələr Livanın paytaxtı Beyrutun cənubundakı Dahiyə bölgəsinə hava hücumu həyata keçirib. Hücumdan sonra güclü partlayış səsi eşidilib və hədəf alınan ərazidən tüstü qalxıb.
Qeyd edək ki, İsrail ordusunun dünən Livana endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayının 254-ə çatdığı bildirilir, yaralılar var. Bununla əlaqədar olaraq bu gün Livanda milli matəm günü elan edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [21:54]
Seul üçtərəfli görüşün Koreya yarımadasında sülhə töhfə verəcəyinə ümid edir
- 16.11.2026 [19:55]