Azərbaycan Dövlət İnformasiya Agentliyi

WUF13 Festivalı Sumqayıtda VİDEO

Sumqayıt, 12 may, AZƏRTAC

Mayın 17–22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilə əlaqədar ölkə ictimaiyyətinin bu mühüm tədbir barədə məlumatlandırılması məqsədilə respublikamızın müxtəlif şəhərlərində WUF13 Festivalı keçirilir.

AZƏRTAC xəbər verir ki, festivalın növbəti ünvanı mayın 12-də Sumqayıt şəhəri olub. Festival çərçivəsində əvvəlcə Sumqayıt Dövlət Universitetində (SDU) WUF13 ilə bağlı məlumatlandırma sessiyası təşkil olunub. Sessiyada universitetin tələbə və müəllim heyəti iştirak edib.

Tədbirdə çıxış edən SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Elmar Xəlilov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının ölkəmizdə təşkilinin Azərbaycan üçün mühüm hadisə olduğunu vurğulayıb, WUF13 ilə əlaqədar sessiyanın Sumqayıt Dövlət Universitetində keçirilməsindən məmnunluğunu ifadə edib.

"Şəhərsalmanın məşğulluğa, mobilliyə və imkanlara çıxışa təsiri" mövzusunda çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu bildirib ki, şəhərsalmanın əsas prinsiplərindən biri vətəndaşların məşğulluq imkanlarının asanlaşdırılması və ölkənin iqtisadi potensialının genişləndirilməsidir: "Paytaxtın timsalında baxsaq, Mərdəkan, Hövsan, Lökbatan, Ələt kimi qəsəbələr özünün iş yerləri, müasir ticarət zonaları, təhsil və səhiyyə infrastrukturu olan müstəqil cazibə mərkəzləri kimi fəaliyyət göstərir. Şəhərsalmanın məşğulluğa və iqtisadi dirçəlişə təsirinin ən bariz və qürurverici nümunəsini isə Qarabağ və Şərqi Zəngəzurda görürük. Azad edilmiş ərazilərdə təsdiqlənən Baş planlar əsasında qurulan ekosistem yalnız yaşayış binalarının deyil, sənaye müəssisələrinin, hava limanlarının, enerji infrastrukturunun, təhsil ocaqlarının tikintisini özündə birləşdirir.

Ölkəmizdə yeni şəhərsalma modeli yaşıl məkanların qorunması və genişləndirilməsini qırmızı cizgi kimi müəyyən edir. Yaşıllıq zonası normasının məcburi şəkildə qorunması tələbi hər bir tikinti layihəsinin mərkəzində dayanır. Daha bir vacib məsələ isə şəhərlərin tarixi simasının mühafizəsidir. Tezliklə Təzəpir məscidi ətrafında icra olunacaq layihə çərçivəsində 120-dən çox tarixi və memarlıq qərarına malik binanın qorunaraq öz əzəmətini yenidən nümayiş etdirməsi təmin olunacaq. Tarixi irsə eyni həssas yanaşma respublikanın hər bir bölgəsində, eləcə də Qarabağ və Şərqi Zəngəzurda da tətbiq olunur".

R.İdrisoğlu çıxışı zamanı şəhərsalma proseslərinin vətəndaşlar üçün şəffaf və əlçatan olması istiqamətində görülən işlərdən də bəhs edib.

Daha sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Fərman Kazımov Sumqayıt şəhərinin tarixindən danışıb, "Şəhərsalma və Memarlıq İli" çərçivəsində görülən işlər barədə ətraflı məlumat verib.

WUF13 haqqında təqdimatla çıxış edən WUF13 Azərbaycan Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Hüseynzadə Ümumdünya Şəhərsalma Forumunun 2001-ci ildə təsis edildiyini və BMT-nin qanunvericilik səlahiyyəti olmayan ən böyük qlobal tədbiri olduğunu diqqətə çatdırıb. İlk dəfə 2002-ci ildə Keniyanın Nayrobi şəhərində keçirilən forum bu günədək 5 qitədə 100 mindən çox iştirakçını bir araya gətirib. Qeyd olunub ki, forum bilik və təcrübə mübadiləsi baxımından güclü platforma rolunu oynayır və hər kəs üçün açıqdır.

Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, iki hissədən ibarət WUF13 Festivalı Sumqayıt şəhərindəki Göyərçin parkında ictimai proqramla davam edib. Tədbir iştirakçılarına WUF13, o cümlədən festivalın məqsədi, əhatə dairəsi və tədbir proqramı haqqında geniş məlumat verilib.

Qeyd olunub ki, WUF13 Cənubi Qafqaz və Xəzəryanı ölkələr arasında ilk olaraq Azərbaycanda keçirilir.

İctimai proqram çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici və əyləncəli oyunlar təşkil olunub. Festival iştirakçıları müxtəlif yarışlarda iştirak edərək hədiyyələr qazanıb, WUF13 ilə bağlı məlumatlar əldə ediblər.

Festival rəngarəng konsert proqramı ilə davam edib.

Festivalda iştirak edən Sumqayıt sakini Lalə Məhərrəmova Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Bakıda keçirilməsinin olduqca qürurverici hadisələrdən biri olduğunu bildirib: "WUF13-ün əsas məqsədi müxtəlif ölkələrin şəhərsalma mədəniyyəti ilə tanış olmaqdır. Forum çərçivəsində Sumqayıtda belə tədbirin təşkili olduqca təqdirəlayiq haldır. Maraqlı yarışlar keçirildi, maarifləndirmə işləri aparıldı. Bakıda keçiriləcək Forumda da böyük məmnuniyyətlə iştirak edəcəyəm".

Məktəbli Kamal Əsədzadə WUF13-ün ölkəmizdə təşkilinin Azərbaycan üçün əlamətdar hadisə olduğunu qeyd edib: "Sevindiricidir ki, forum çərçivəsində festivallardan biri Sumqayıtda keçirildi. Burada həm əyləndik, həm də maarifləndik". 

Müxbir - Göyçək Mahmudlu
Fotoqraf - Səfiyar Məcnun
Videooperator - Ələkbər Baxşiyev

 

WUF13 Festivalı Sumqayıtda VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır